Zaqatalanın ucqar dağ kəndinə təbii qaz verilib
Tarix: 08.03.2014 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Dünən rayonun Qəbizdərə kəndinə təbii qazın verilməsinə başlanıb.
Rayon rəhbərliyinin və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə Zaqatala Qaz İstismar Sahəsinin rəisi Qurban Mehdiyev rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, hazırda Qəbizdərə də daxil olmaqla, rayonun 14 yaşayış məntəqəsinə “mavi yanacaq” verilir. Rayon üzrə abonentlərin ümumi sayı 13 minə yaxınlaşır, əhali abonentləri üzrə qazlaşma 48 faiz təşkil edir.
Mərasimdə kənd ağsaqqalları, sakinlər çıxış edərək bölgənin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və evlərə təbii qazın verilməsinə başlanıb. Dünən Zaqatalanın Kürdəmir kəndində zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəb üçün inşa edilmiş 50 şagird yerlik yeni məktəb binasının və Muxax kəndində zəlzələdən zərər çəkmiş uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimləri olub. Kürdəmir kəndində keçirilən mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkəmizdə təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən yüksək dövlət qayğısından bəhs edib. Bildirilib ki, 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı rayonun təhsil infrastrukturuna da ciddi ziyan dəyib, onlarla məktəb binası, uşaq bağçası qəzalı vəziyyətə düşüb. Prezidentin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ bölgəsində qəzalı məktəb binaları qısa müddətdə tam sökülüb, müasir standartlara uyğun, zəlzələyə davamlı yeni məktəb binalarının tikintisinə başlanıb. Zaqatala rayonunda inşa edilən 23 məktəb binasından 19-u artıq istifadəyə verilib. Mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Sonra Muxax kəndindəki körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info