Türkmənistan xarici diplomlara məhdudiyyətlər tətbiq edir
Tarix: 08.03.2014 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Bu ilin yanvarında Türkmənistan prezidentinin qərarı ilə ölkə vətəndaşları üçün xarici diplomların tanınması üçün yeni prosedur təqdim edilib.
Prosedura əsasən, xarici diplomlar və orta ixtisas təhsili alan şəxslərin diplomları ölkə ərazisində tanınmayacaq. Bundan başqa, 1993-cü ilin yanvarından sonra xarici təhsil ocaqlarının diplomuna sahib olmuş şəxslər Türkmənistan Təhsil Nazirliyində akkreditasiyadan keçməlidirlər.
Qeyd edək ki, bu, ölkə xaricində qiyabi təhsil alan 10000-dən artıq Türkmənistan vətəndaşı üçün ağır zərbədir.
Bundan əlavə, hazırda ölkədə 38.000-dən artıq xarici ölkə diplomına malik şəxslər var. Onların əksəriyyəti 1993-cü ilin yanvarından sonra xarici diploma sahib olanlardır. Onlar indi diplomlarını ölkədə tanıtmaq üçün dövlət imtahanı vermək məcburiyyətindədirlər.
Maraqlıdır, niyə Türkmənistan ali məktəblərində və ya orta ixtisas məktəblərində yerlərin, ölkənin istehsal müəssisələrdə ixtisaslı mütəxxəsislər çatışmadığı halda, dövlət orqanları belə bir məhdudlaşdırma yolunu tutur.
Bütün bunlara baxmayaraq, Türkmənistanda diplomların tanınması üçün aşağıdakı prosedur tətbiq edilir: xarici universitetlərdə təhsil müddəti dörd il, orta ixtisas məktəblərində isə ən azı iki il olmalıdır.
Təhsilin əhatə dairəsi Türkmənistan proqramlarına cavab verməlidir. Xarici diplom sahibləri iki dövlət imtahanı-türkmən dilindən, vətəndaş hüquqları və ixtisası üzrə imtahan vermək məcburiyyətindədirlər.
İmtahanlar ildə iki dəfə - yanvar və iyul aylarında keçirilir. İmtahandan uğurla çıxan şəxslərə nümunə sertifikatı verilir. 31 dekabr 1992-ci ilə qədər xaricdə təhsil almağa gedənlər isə dövlət imtahanından azad edilirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info