Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub
Tarix: 08.03.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynov kollektivə təqdim olunub.
Təhsil Nazirliyindən verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov Elxan Hüseynovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, ölkədə ali təhsil sahəsində həyata keçirilən islahatlar ali təhsil müəssisələrində şəffaf, səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunması işinin müasir tələblər səviyyəsində qurulması məqsədlərinə xidmət edir. Müasir dövrdə yüksək biliyə malik cəmiyyət quruculuğunun zəruriliyinə toxunan təhsil naziri ali təhsil sahəsində keyfiyyətin təmin olunması üçün istedadlı, öyrənməyə güclü marağı olan tələbə və müasir tədris üsullarını mənimsəmiş müəllim amilinin əsas olduğunu bildirib. SDU-nun rektoru Elxan Hüseynov üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Ali təhsilin xalqın intellektual potensialının və ölkənin hərtərəfli inkişafı baxımından müstəsna rolundan bəhs edən rektor SDU-da yüksək səviyyəli təhsil mühitinin yaradılmasına nail olmaq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info