“Telekanallar uşaqlarla bağlı verilişləri çox az göstərir”
Tarix: 08.03.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Ən ağrılı yerlərimizdən biri telekanallarda uşaqlarla bağlı verilişlərin az olması, Azərbaycanın milli cizgi filmlərinin olmamasıdır”. Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib.
N.Məhərrəmli deyib ki, telekanallar yaradıcılıq məsələlərində, proqram siyasətində sərbəstdirlər: “Biz telekanalların daxili işlərinə qarışa bilmərik. Amma telekanallar uşaqlarla bağlı verilişləri çox az göstərirlər və göstərdikləri də çox keyfiyyətli deyil. Milli Televiziya və Radio Şurası daim bunu telekanalların nəzərinə çatdırır, tövsiyələr verir, amma çox təəssüf ki, hələ bu sahədə işlər ürəkaçan deyil”. Nuşirəvan Məhərrəmli söyləyib ki, özəl telekanalların hamısında reklamlarla bağlı kənaraçıxmalar var və bu sahədə monitorinqlər davam etdirilir. MTRŞ-ın həyata keçirdiyi tədbirlərdən sonra müsbət irəliləyişlər də müşahidə olunur, telekanallar reklam siyasətlərində müəyyən dəyişikliklər edirlər: “Telekanallar özləri də başa düşürlər ki, reklam sahəsində qayda-qanun yaratmaq lazımdır. Biz də bu işin üzərində ciddi dayanmışıq. Tədricən bu çatışmazlıqların aradan qaldırılmasını sona çatdıracağıq”. MTRŞ sədri reklam bazarındakı durumdan da xəbərdar olduqlarını qeyd edib: “Reklam bazarında durum o qədər ürəkaçan deyil. Azərbaycanda reklam vermək istəyənlərin də sayı o qədər çox deyil. Həm də xüsusən sponsorlar sponsorluqdan daha çox reklamçılıq etmək istəyirlər. Sponsorlar istəyirlər ki, verilişlərin içərisində təkcə adları çəkilməsin, bütövlükdə məhsulları reklam olunsun. Əsas problem də budur. Əgər bu reklamdırsa, o halda adı sponsor olmasın, birbaşa reklam kimi getsin. Biz bunun üzərində işləyirik və özəl telekanallarda bu sahədə müəyyən irəliləyişlər var. Bu sahədə monitorinq başa çatandan sonra monitorinqin nəticələri müzakirə olunacaq və hansı telekanallarda ciddi pozuntular varsa, o telekanallara xəbərdarlıq ediləcək”. N.Məhərrəmli qeyd edib ki, MTRŞ-ın özəl kanallarda yaradılan Bədii Şuraların fəaliyyətinə qarışmağa səlahiyyəti yoxdur: “Onlar özəl kanallardır və Bədii Şura yaratdılar. Lakin yaradılan Bədii Şuraların yaranma mexanizmi göstərilməyib. Bizim onlara yalnız Bədii Şura yaratmaq üçün tövsiyələrimiz olmuşdu. Bildirmişdik ki, mütəxəssislərdən ibarət heyət seçin. Onlar isə yaradıcı, rəhbərlikdə çalışan insanlardan ibarət heyət təşkil edib bizə siyahı göndəriblər. Qanuni baxımdan guya ki, Bədii Şura yaradıblar. Amma praktik baxımdan həmin Bədii Şuraların fəaliyyəti görünmür”.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
2 Üç müharibə iştirakçısı olan general-mayor
3 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
4 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info