Masallıda jurnalistlər üçün infotur təşkil olunub
Tarix: 11.03.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Masallı Rayon Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrində çalışan jurnalistlər üçün infotur təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə rayonda son dövrlərdə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzində, Boks və Taekvondo mərkəzlərində, Mədəniyyət Evində olmuş, tikilməkdə olan Tarix-Diyarşünaslıq Muzeyinin, Uşaq İncəsənət Məktəbinin, Bayraq Meydanının və digər yeni obyektlərin layihə və maketləri ilə tanış olublar.
Heydər Əliyev Mərkəzində rayon ziyalıları ilə keçirilən görüşdə Masallının son illərdəki nailiyyətlərindən söz açılıb, rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli film nümayiş etdirilib. Toplantıda jurnalistlərin bir qrupuna Masallı Rayon Ziyalılar Cəmiyyətinin diplomları və mükafatları təqdim olunub.
Tədbir daha sonra Masallı rayonunun istirahət mərkəzlərinin birində davam edib. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda görülən işlər, mövcud problemlər və onların həlli ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info