Əlilliyin müəyyən olunması sahəsində Fransa və Litva təcrübəsi öyrənilir
Tarix: 11.03.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlarda Aİ-nin TAİEX proqramı çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü təcrübə mübadiləsi həyata keçirir.
Nazirlikdən bildiriblər ki, bununla bağlı olaraq nazirlikdə keçirilmiş seminarda Fransanın Əlilliyi olan şəxslərlə bağlı departamentinin direktor müavini Yannik Deimat və Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyinin Əlillik və əmək qabiliyyətinin qiymətləndirilməsi üzrə ofisinin rəhbəri Zdislavas Skvarcianiy əlilliyin müəyyən olunması və reabilitasiya sahəsində ölkələrinin təcrübələri barədə məlumat veriblər.
Seminarda “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin rezident müşaviri Kristian Moutier də iştirak edib.
Seminarda nazirliyin əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində fəaliyyət göstərən əməkdaşları Fransa və Litvada müvafiq sahədə aparılan siyasət, mövcud qanunvericilik, tibbi-sosial ekspertiza xidməti, tibbi-sosial reabilitasiya sistemi barədə geniş məlumatlandırılıb, onların sualları cavablandırılıb.
Tədbir zamanı Azərbaycanda əlilliyin müəyyən olunması meyarlarının qiymətləndirilməsi və beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı ekspert tövsiyələri də verilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info