Zərdabda sahibkarlarla görüş keçirilib
Tarix: 11.03.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Zərdabda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. 100 nəfərədək sahibkarın iştirak etdiyi görüşdə ölkəmizdə özəl sektorun inkişafına göstərilən dövlət qayğısından danışılmış, Prezident İlham Əliyevin bu il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının bu sahədə mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, son vaxtlar Sahibkarlığa Kömək Milli Fondu Zərdabda üç treninq keçirib, ehtiyacı olanlara güzəştli kreditlər verib.
Çıxış edənlər rayonda sahibkarlara lazımi şərait yaradıldığını, onların problemlərinə həssaslıqla yanaşıldığını, ümumən sahibkarlığa geniş meydan verildiyini vurğulayıblar. Belə ki, son beş ildə 150-dək sahibkara şəhər, qəsəbə və kəndlərdə torpaq sahələri ayrılıb. Təkcə 2013-cü ildə 263 fiziki, 14 hüquqi şəxs vergi orqanlarında qeydiyyatdan keçib. Ötən il Məmmədqasımlı kəndində sahibkar İntiqam Ağalarova məxsus sutkalıq istehsal gücü 50 ton olan yeni un dəyirmanı işə salınıb.
Çıxışlarda yeni sahibkarlıq obyektlərinin inşası zamanı müasir və milli memarlıq üslubunun gözlənilməsi, ərazilərin abadlaşdırılması, təmizliyə ciddi riayət edilməsi, əhaliyə nümunəvi xidmət göstərilməsi, qida məhsullarının keyfiyyətinə xüsusi nəzarət olunması, qiymətlərin süni surətdə artırılmasına yol verilməməsi və digər məsələlər barədə də geniş danışılıb.
Görüşdə, habelə sahibkarları narahat edən məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonda sahibkarlıq fəaliyyətinə və 2013-cü ildə həyata keçirilən tikinti-quraşdırma işlərinə dair videoçarx nümayiş etdirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info