Siyəzən və Şəki rayonlarının qəsəbələrində alternativ enerji mənbələri ilə təchiz olunan idman zallarının tikintisi davam etdirilir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən bildiriblər ki, həmçinin Neftçala, Oğuz, Gədəbəy, Balakən rayonlarında və Naxçıvan Muxtar Respublikasında hər biri 10 meqavat gücündə olan hibrid tipli (günəş, külək, bioqaz) istilik və elektrik stansiyaları inşa ediləcək. Hazırda layihələrlə bağlı texniki-iqtisadi əsaslandırılma hazırlanır.
Qeyd edilib ki, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilk növbədə elmi-texniki təyinatlı istehsalat sahəsi olduğundan hazırda mütəxəssislərin iştirakı ilə respublikada həmin mənbələrin uçotu aparılır. Enerjidən səmərəli istifadəni təşkil etmək məqsədi ilə enerji kadastrlarının yaradılması və müvafiq xəritələrin işlənilməsi istiqamətində işlər davam etdirilir.
Təhminə
|