İqor Tenyux: “Rusiya Ukrayna sərhədlərinə 220 min əsgər toplayıb”
Tarix: 11.03.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“Hazırda Rusiya Ukraynanın cənub-şərq sərhədlərində və Krımda 220 min nəfər hərbçi cəmləşdirib”. “Korrespondent.net” saytının verdiyi məlumata görə, bunu Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən İqor Tenyux Ali Radada çıxışında deyib. “Ukraynanın şərq sərhədləri ətrafında və Krımda hərbi təlimlər keçirən Rusiya Federasiyasının Silahlı Qüvvələrinin ümumi sayı 220 min nəfərdən ibarətdir”, - deyə o, söyləyib. İ. Tenyux bu qüvvələrin sərəncamında 1800 tank, 400-dən çox helikopter, 150 təyyarə və 60-ə yaxın hərbi gəmi olduğunu açıqlayıb.
Ukraynanın baş naziri Arseni Yasenyuk isə çıxışında bildirib ki, Ali Rada Budapeşt Memorandumu əsasında Ukraynanın təhlükəsizliyinə təminat verən dövlətlərə (ABŞ, Böyük Britaniya) müraciət edərək onları Ukraynanı Rusiya təcavüzündən qorumağa çağırmalıdır: “Hökumət olaraq parlamentə müraciət edirik ki, Budapeşt Memorandumunun iştirakçılarına ünvanlanan və onları bizə verdikləri qarantiyaları yerinə yetirməyə çağıran bəyanata səs versinlər”.
A. Yasenyuk qeyd edib ki, Budapeşt sənədi əsasında öz nüvə statusundan imtina edən Ukrayna hazırda müdafiəsizdir və dişinə qədər silahlanmış nüvə dövləti ilə üz-üzə qalıb: “Əgər siz öz qarantiyanızı yerinə yetirməyəcəksinizsə, onda izah edin görək İranı və ya Şimali Koreyanı nüvə silahından imtina etməyə necə razı salacaqsınız?” Baş nazirin sözlərinə görə, söhbət təminatçı (qarantor) ölkələrə müraciət edərək onları öz qoşunlarını Ukraynadan geri çəkməyə (Rusiya) və Ukraynanı müdafiə etməyə (ABŞ, Britaniya) çağırmaqdan gedir. Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov isə məsələni konkretləşdirərək təminatçı (qarantor) ölkələrə hərbi-texniki kömək üçün müraciət edəcəklərinin vurğulayıb: “Təhlükəsizliyimizə təminat vermiş dövlətlər öz öhdəliklərini yerinə yetirməlidir. Biz Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirmişik. Biz təlimlər keçirmişik və ordunun hansı vəziyyətdə olduğunu dəqiq görürük. Hazırda ordunu bərpa etməyə başlayırıq”. Qeyd edək ki, Ukraynanın nüvə silahının yayılmaması ilə bağlı Müqaviləyə qoşulması ilə əlaqədar 1994-cü il dekabrın 5-də Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya arasında imzalanan Memoranduma əsasən nüvə dövləti statusundan imtinanın əvəzində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə rəsmi təminat verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info