Xəzərdə avtomobillərin dəniz vasitəsilə daşınması qaydaya salınır
Tarix: 11.03.2014 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


2014-cü ilin aprelindən Bakı və Həştərxan beynəlxalq limanlarından avtomobillərin daşınmasını həyata keçirən "Ro-Rо" tipli gəmilər işləməyə başlayacaqlar. Bunu Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Milli Məclisin deputatları ilə görüşündə bildirib.
Onun sözlərinə görə, gəmilərin reysləri Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq hökumətlərarası saziş çərçivəsində həyata keçiriləcək.
Qurbanovun qeyd etdiyi kimi, habelə gəmiçilik mövsümünün başlanması ilə "Bəstəkar Qara Qarayev" (Azərbaycan) və "Bəstəkar Rahmaninov"(Rusiya) gəmiləri xəttə çıxacaq.
"Bəstəkar Qara Qarayev" gəmisi 60 "KAMAZ" markalı maşını və ya 40 qoşqulu yük avtomobilini göyərtəsinə götürə bilər.
Milli Məclisin deputatları çərşənbə günü Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının fəaliyyəti ilə tanış olmaq, eləcə də hazırda parlamentdə baxılan "Dəniz limanları haqqında" qanun layihəsinin müzakirəsi üçün ARDDA-da olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info