Robert Qeyts: “Krım artıq itirilib”
Tarix: 11.03.2014 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


"Christian Science Monitor": “Qərbin Rusiyanı Krımı nəzarətdə saxlamaq istəyindən daşındırmaq səyləri səmərəsizdir”

İspaniyanın “El Pais” qəzeti Ukraynada baş verən proseslər və Rusiyanın Krıma müdaxiləsi barəsində maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, son yüz ildə Rusiya dünya geopolitikasında nəzərəçarpacaq yer tutub. Rusiya həmişə Avrasiya kontinentində, son dövrlərdə isə dünyada dominantlıq eləməyə çalışıb: “Hazırda isə geopolitika yenidən dəbdədir. İqtisadiyatın “qəmgin” bir elm sayıldığı zamanda, geopolitika coğrafi “alın yazısı” haqqında elm hesab edilir. Bu gün dünyada hər şey xalqın coğrafi məkanda hansı vəziyyətdə olması ilə müəyyən edilir. Faşist Almaniyasında Adolf Hitlerin “həyati məkan” tələbi Versal sülh müqaviləsindən sonra qalib dövlətlərin nəzarətinə keçmiş torpaqların qaytarılması anlamına gəlirdi. Həyati məkan nəzəriyyəsi geopolitik ideyalara əsaslanır. Müasir dünyada bu nəzəriyyəyə yanaşma bir çox faktorlarla əlaqələndirilir”.

2014-cü il Qərbin geopolitik intiharı ili olacaq?

Yazıda daha sonra bildirilir: “Görkəmli ingilis coğrafiyaşünası və geopolitiki Helford Makkinder 100 il öncə “Tarixin geopolitik məhvəri” əsərində yeni bir elmin banisi kimi çıxış edib. Tanınmış bir deyim ona məxsusdur: “Kim ki Şərqi Avropaya sahibdir, Yer kürəsinin ürəyinə də sahibdir. Kim ki Yerin ürəyinə sahibdir, o da Dünya Adasına(Avrasiya) sahibdir. Kim ki Dünya Adasına sahibdir, o da dünyanı idarə edir”.
Beləliklə, son yüz ildə tarixin məhvəri və geopolitikanın mərkəzi Rusiya olub. Rusiya Yerin ürəyinə, Avrasiya kontinentinə yiyələnməyə çalışır və ardınca da dünyada dominantlıq etməyə çalışır.
Soyuq müharibədən məğlub ayrılmış Rusiya geri çəkilmişdi və imperiya ağalığına iddia etməkdən əl çəkmişdi. Amma indi isə Rusiya geopolitika ilə geri qayıdır. Buna görə də geopolitikanın öyrənilməsi ilə bağlı Makkinderin, Kaplanın, amerikan politoloqu Corc Fridmanın əsərlərini yenidən öyrənməyə ehtiyac duyulur. Fridman özünün “Dünya yaxın on ildə” və “Dünya növbəti yüz ildə” adlı iki əsərində bizim hazırda şahidi olduğumuz Rusiyanın ekspansiyaçı qayıdışı ilə bağlı öncədən xəbər verib”.

"Christian Science Monitor": “Qərbin təzyiqi Putinə hələ ki təsir etməyib”

ABŞ-ın "Christian Science Monitor" media orqanı isə yazır ki, Qərbin təzyiqləri hələ ki Rusiya prezidenti Vladimir Putinə təsir göstərməyib: “Amerikan məmurları təsdiq edirlər ki, artıq Krımda öz mövqeyini möhkəmlətmiş Rusiyaya qarşı “ciddi sanksiyalar” realdır. Amma ABŞ-ın eks-müdafiə naziri Robert Qeyts etiraf edib ki, Rusiya çətin ki bunlara görə Krımdan əl çəksin: “Rusiya hələ ki qansız bir şəkildə Krımda öz nəzarətini gücləndirdiyi bir halda, ABŞ baş verənlərə təsir rıçaqları axtarır. Ekspertlər və siyasilər isə bu barədə məsləhətlər verir və şərhlərini təklif edirlər. Gələn həftə isə Ukraynanın baş naziri Arseni Yasenyuk Birləşmiş Ştatlara uçacaq ki, böhranı müzakirə etsin. Vaşinqtonun fikrincə, Qərbin Rusiyanı Krımı nəzarətdə saxlamaq istəyindən daşındırmaq səyləri səmərəsizdir. Hələ ki, iqtisadi və diplomatik təcrid cəhdləri gözlənilən effekti verməyib. Elə «Fox News Sunday» proqramında çıxış edən eks-müdafiə naziri Robert Qeyts də bu barədə bildirib ki, Krımın Rusiyanın əllərindən qopacağını düşünmür”. O qeyd edib ki, Krım artıq itirilib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info