“Bu gün İçərişəhər nümunəvi məkandır”
Tarix: 11.03.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş konfrans keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və digər ziyalılar, mədəniyyət xadimləri iştirak edib. Nazir Ə.Qarayev konfransda çıxış edərək bildirib ki, son illərə sözügedən sahənin inkişafı, vahid sistemin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb: “2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasına qədər ölkə ərazisində olan qoruqların vahid xəritəsi mövcud olmayıb. Bunu tək mən demirəm. Nazirlər Kabinetində də, Azərbaycan Milli Elmlər Akademiyasında da bu faktı bilirlər. Bu günə kimi biz 100-dən artıq abidənin pasport və xəritəsini hazırlamışıq. Vaxtilə İçərişəhər dünya mədəni irs siyahısından çıxarılmaq təhlükəsi ilə üz-üzə idi. Bu problemlər olub və onu etiraf etməliyik. Amma son illərdə dövlət səviyyəsində aparılan tədbirlər İçərişəhərin qorunub saxlanılmasında böyük addım oldu. Bu gün İçərişəhər nümunəvi məkandır və biz onunla fəxr edirik".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info