İki universitet arasında növbəti onlayn bağlantı
Tarix: 11.03.2014 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın Naxçıvana səfəri çərçivəsində əldə olunan razılığa əsasən hər həftə Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında Amerikanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə və s. mövzulara həsr olunan onlayn bağlantı həyata keçirilir. Bu həftə keçirilən onlayn bağlantı isə Amerika cəmiyyəti, dəyərləri və mədəniyyəti mövzusuna həsr olunub və ingilis dilində aparılıb. Tələbələr mövzunu böyük maraqla qarşılayıblar. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin müavini Derek C. Hoqan Azərbaycan Dillər Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında keçirilən onlayn bağlantıda məruzə edib. Cənab Derek C. Hoqan Amerika cəmiyyəti, mədəniyyəti və dəyərləri haqqında geniş məlumat verib.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov onlayn bağlantıda iştirak edərək, təhsil sisteminə inteqrasiya baxımından Amerika ilə beynəlxalq tərəfdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
Cənab Derek C. Hoqan dinləyicilərlə Muxtar Respublika haqqında təəssüratlarını bölüşüb. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin müavini Derek C. Hoqan Naxçıvan Dövlət Universitetində səfərdə olduğu zaman, universitetin Elektron kitabxanasında, kitabxananın müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılmış elektron oxu zalı və digər şöbələri ilə tanış olub, sorğuları operativ cavablamaq və virtual sifariş vermək üçün nəzərdə tutulmuş Elektron informasiya köşkü ilə, elektron kataloq sisteminin, kitabların tammətnli elektron versiyasının hazırlanması prosesi ilə maraqlanıb, İnternet mərkəzində universitetin müəllim və tələbələrinin internetdən istifadəsi üçün yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, universitetdə təhsil alan xarici tələbələrin də qatıldığı canlı bağlantı diskussiya şəklində təşkil olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mina Qasımova,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info