Diasporumuzun beynəlxalq münasibətlər prosesində rolundan bəhs edən kitab
Tarix: 11.03.2014 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Siyasi elmlər üzr fəlsəfə doktoru Əliyev Zaurun yeni kitabı, “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqrım” kitabı çapdan çıxıbdır. Qeyd edək ki, adı çəkilən kitab müəllifin sayca altıncı
kitabıdır.

Ondan öncə, Əliyev Zaurun müəllifi olduğu “Beynəlxalq münasibətlərdə diasporların rolu”. “Dünya diasporları” “Diaspor: izahlı sözlük və məlumat kitabı” , ”Türkdilli Xalqların Diasporları” və həmmüəlif olduğu “Azərbaycan diasporu” ensklopedik məlumatlar toplusu” kitabları çap olunub. Əliyev Zaurun yeni kitabı sədri oldğu “Diaspor və Lobbi “ Elmi Araşdırmalar Mərkəzi və əməkdaşı olduğu “KarabakhİNFO” beynəlxalq elektron jurnalın informasiya dəstəyi sayəsində hazırlanıb. Kitabın məsləhətçisi, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev, rəyçiləri tarix elmləri doktoru, professor Quram Marxuliya (Gürcüstan), “Xəzər” Malmö Cəmiyyətinin sədri Leyla Seyidova Kiyani (İsveç), “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi (Danimarka ) və “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalın baş redaktoru, yazar Zaur Qəriboğludur. Kitab A.Azad Əhdəzadənin dəstəyi ilə çap olunub.
Kitabda diaspor nəzəriyyəsi və Azərbaycan diasporunun formalaşması, Azərbaycan diasporu: problemlər və onların həlli yolları , diaspor quruculuğu və Azərbaycançılıq ideologiyası, siyasi-hüquqi və informasiya istiqamətində Azərbaycan diasporunun fəaliyyəti, diasporlararası əməkdaşlıq strategiyası, Azərbaycan Respublikasının xarici siyasəti və diaspor və Azərbaycan xalqına qarşı törədilən soyqrımlar və diasporunun fəaliyyəti kimi mövzular geniş surətdə tədqiq edilibir. Eyni zamanda kitabda mühacirət və Azərbaycan diasporunun formalaşma tarixi, yayılma coğrafiyası, Azərbaycan lobbisi, təşkilatları, ünvanları, fəaliyyətləri, informasiya texnologiyaları və milli ideologiyalar, diasporumuzun fəaliyyət göstərdiyi ölkələr haqqında məlumatlar əks olunmuşdur. Kitab diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulubdur. Bütün qeyd edilənlərin elmi cəhətdən öyrənilməsi böyük aktuallıq kəsb edir. Azərbaycan diasporunun müasir beynəlxalq münasibətlər sistemindəki çəkisi və rolunun nəzəri cəhətdən az öyrənilməsi, bu istiqamətdə elmi yeniliklərin olmaması mövzunu aktuallaşdıran aspektlərdəndir. Bu gün elmi ədəbiyyatda hələ də dünya azərbaycanlıları kimdən və kimlərdən ibarətdir, diasporumuz necə formalaşıb, hansı tarixi mərhələlərdən keçib, hansı mövqeyə malikdir, hansı təşkilatları var, onların sayı nə qədərdir, informasiya texnologiyaları sahəsində uğurları, KİV orqanları, soydaşlarımızın yayılma coğrafiyası, lobbi strukturu varmı və digər bu kimi suallara cavablar axtarılmaqla yanaşı sual ətrafında müxtəlif diskussiyalar aparılır. Məhz bu kimi suallara “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqrım” kitabında cavab axtarılmağa cəhd edilib.
Əliyev Zaur Ağdam şəhərində anadan olmuşdur. AMEA, Fəsləfə və Hüquq İnstitutunun böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun baş müəllimi və “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalın baş redaktorunun I müavini vəzifəsində çalışır.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info