Mətbuat Şurası daha iki qəzeti “qara siyahı”ya saldı
Tarix: 11.03.2014 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Bu gün Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Şuradan “Palitra”ya verilən məlumata görə, komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. O bildirib ki, gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib. Onlardan biri Şikayətlər üzrə Komissiyanın təqdimatına əsaslanıb.
Müzakirələrdən sonra “Kölgəli iqtisadiyyat və korrupsiya”, “İqtisadiyyat və kölgə” qəzetlərinin MŞ-nin ”qara siyahı”sına salınmasına dair rəy çıxarılıb. Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi razılaşdırılıb. Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, kütləvi informasiya vasitələrində peşə davranışı qaydalarına tam etinasız yanaşıldığı vurğulanıb. Bildirilib ki, qəzetlərin yarıtmaz fəaliyyət ilə əlaqədar Baş Prokurorluğuns Korrupsiyaya qarşı mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub. Eyni zamanda MŞ-nin Şikayətlər üzrə Komissiyasının sonuncu iclasında «İqtisadiyyat və kölgə» qəzetindən şikayətlər nəzərdən keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə çatdırılıb.
İclasda həmçinin MŞ-nin «qara siyahı» sında yer almış bəzi KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb. Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq təlimatına əsaslanaraq prosedur fəaliyyət həyata keçirilib, müraciət müəllifləri dinlənilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info