Orta Asiyada çoxarvadlılıq leqallaşdırılır?
Tarix: 11.03.2014 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Orta Asiya respublikalarında davam edən miqrasiya ilə bağlı transformasiya ailə münasibətləri sahəsində çox ciddi dəyişikliklərə gətirib çıxara bilər. Bu, son illər bölgə gənclərinin yüksək nisbətdə azalması ilə xarakterizə olunur.
Buna başlıca səbəb kimi, əsasən ölkədən mühacirət edən kişi əhalinin miqrasiyası göstərilir. Rəsmi məlumatlarda bu ərazidən başqa ölkələrə, əsasən də Rusiyaya qazanc dalınca gedənlərin sayı 10 milyondan artıq göstərilsə də, qeyri-rəsmi məlumatlara görə, bu, göstərilənlərdən iki dəfə çoxdur.
Bu isə Orta Asiya respublikalarında çoxarvadlılığın leqallaşdırılmasına doğru getdiyini göstərir . Sosioloqlara görə, Qazaxıstanda aparılan sorğunun nəticələrinə görə, kişilərin təxminən 40%-i çoxarvadlılığın leqallaşdırılmasını dəstəkləyir. Əlbəttə, çoxarvadlılıq Orta Asiyada qeyri-leqal olsa da, baş verən nadir hadisə deyil. Lakin bunun dövlət tərəfindən leqallaşdırılması, regionun inkişafı üçün ciddi nəticələrə gətirib çıxaracağını iddia edənlər də var. Bəzilərinin iddiasına görə, müsəlmanların dini kitabı olan “Quran”da çoxarvadlılığa icazə daha çox İslam dininin mövqeyinin gücləndirməyə xidmət edib. Lakin indi bu, inkişaf etməkdə olan əhalinin milli xarakteri ilə ziddiyyət anlamına gətirsə də, regionda dini motiv problem kimi aradan götürülməkdədir. Qeyd edək ki, münasibətlərin liberallaşmasında sosial saytlara pulsuz giriş vasitələri də Orta Asiyada çoxarvadlılıq haqqında söhbətlərə geniş rəvac verir.
Bəziləri belə hesab edir ki, çoxarvadlılığın geosiyasi mövqeyinin leqallaşdırılması regionda ərəb ölkələrinin mövqelərini gücləndirə bilər. Belə ki, bu cür nikahların üzvləri avtomatik olaraq dünyəvi dövlət məhdudiyyətlərinin tərəfdarlarına çevrilirlər. Qeyd edək ki, çoxarvadlılığa qarşı regionun azlıqda olan qeyri-müsəlman əhalisi əsas qüvvə kimi çıxış etməyə cəhd edirlər. Lakin bununla yanaşı, regionda azsaylı xalq kimi xarakterizə olunan çinlilər bu "seçim"dən öz məqsədləri üçün faydalanmaq istəsələr də, bu izdivacların son anda millətlərarası münaqişələr üçün əsas verəcəyini iddia edənlər də yox deyil. Bəziləri də Orta Asiyada çoxarvadlılığın yayılmasını, elita və yoxsul cəmiyyətin daha da qütbləşməsinə gətirib çıxaracağı fikrinə gəlirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info