“Yeni sənaye müəssisələrində çalışacaq kadrlara ehtiyac var”
Tarix: 11.03.2014 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Nicat Məmmədli: “Xaricdə təhsil alan gənclərimizin
sayı artır, bu isə müasir biliklərə yiyələnmiş, bacarıqlı gənc
kadrların olmasına imkan yaradacaq”


“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Türkiyənin Mehmet Akif Ersoy Universitetinin Mühasibat və Finansal Yönetim fakültəsinin tələbəsi Nicat
Məmmədlidir:

-Mən 1994-cü il oktyabrın 20-də dünyaya göz açmışam. Ailəmiz dörd nəfərdən ibarət olsa da hər zaman təhsilə, elmə daha çox böyük önəm verilib. Ümumiyyətlə, atam, anam, qardaşım, əmilərim-bir sözlə qohumlarımın 98 faizi ali təhsillidir. Xatırlayıram ki, mənim uşaq yaşlarımda ata ocağı- babamgilin evi olduğu üçün hamı ora gəlirdi. Yəni, babamın və atamın yaxınlarını nəzərdə tuturam. Stol ətrafında gedən elmi və tarixi mövzuları yaxşı xatırlayıram. Qısaca, onu deyə bilərəm ki, özümdən böyük qardaşımla məktəbə gedirdim. O zaman dörd yaşım var idi. Beləcə, ailəmizdə təhsilə olan diqqət, sevgi məni də bu yola istiqamətləndirdi. Nəhayət, mən orta məktəbi bitirdikdən sonra ali təhsil almaq məqsədilə xaricdə təhsil almağa üstünlük verdim. Nəticədə Türkiyə universitetlərindən birini seçməli oldum. Beləliklə, hazırda Türkiyənin Mehmet Akif Ersoy Universitetinin Mühasibat və Finansal Yönetim fakültəsində təhsil alıram.
- Ölkəmizdə gənclərin təhsili istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
- Son illərdə ölkəmizdə təhsilin inkişafı üçün mühüm addımlar atılır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminat istiqamətində geniş tədbirlər həyata keçirilib. Sürətli modernləşən Azərbaycanda təhsil sisteminin beynəlmiləlləşdirilməsi prosesi gedir. Yüksək texnologiyaların yaradılması, idxal və ixracı yüksək təhsil tələb edir. Bilirik ki, dünyadakı təhsil və onun problemləri bütün ölkələr üçün eyni deyil. Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar öz ölkəsinin intellektual potensialının əsasını təşkil edir. Məhz möhtərəm Prezidentimiz İlham Əliyev gənclərin intellektual, sosial və fiziki inkişafının təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bütün bunlar işgüzar fəallığın artmasına, inkişafına böyük təkandır. Bu gün mənim yaşıdlarım müxtəlif ölkələrin universitetlərində təhsil alırlar. Yəni, gənclərə yaradılan bir şansdır ki, onlar istədiyi xarici ölkənin ali təhsil ocağını seçə bilirlər. Düzdür, gənc kadrların bir qismi çalışmaq üçün Vətənə qayıdır, bəziləri isə xaricdə çalışmaq istəyir. Fikrimcə, harada olmasından asılı olmayaraq onlar ölkəmizi təmsil edir. Bununla yanaşı, artıq son illər xaricdə təhsil alan gənclərimizin sayı artır. Bu da ölkəmizdə daha müasir biliklərə yiyələnmiş, bacarıqlı gənc kadrların olmasına imkan yaradacaq. Hazırda təhsil aldığım Türkiyə universitetindəki təhsilə gəldikdə isə bizim ali təhsil ocaqları ilə elə də fərq görmürəm. Əsas odur ki, harada olursa-olsun, yüksək təhsil səviyyəsinə malik peşəkar kadr kimi yetişəsən.
- Xaricdə təhsil alan gənclərimizin birgə fəaliyyəti nə dərəcədə vacibdir?
- Nəinki oxuduğum universitetdə, hətta Türkiyənin digər universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi görüşlərimiz, tədbirlərimiz olur. Bu tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün fikirlərimizi bölüşürük. Başqa millətdən olan tələbələr də belə tədbirlərdə öz dəstəklərini bizdən əsirgəmirlər. Diskussiyalar təşkil edirik. Həmin diskussiyalarda ən çox Vətənimə-onun milli dəyərlərinin qorunmasına yer ayırırıq. Ümumiyyətlə, belə görüşlərin, tədbirlərin keçirilməsi lazımdır. Çünki belə görüşlər bizim pərakəndə fəaliyyətimizin qarşısını alır. Yəni, eyni ideya uğrunda birgə fəaliyyət təşkil etdikdə bu daha güclü olur. Gənclərimiz xaricdə təhsil almaq üçün yaradılan şəraitdən istifadə edərək Vətənimizi başqa millətlərə tanıtmalı, onun keçmişini, bu gününü, gələcəyini qoruyub saxlamalıdır. Xarici tələbələrə də ölkəmizlə bağlı ətraflı məlumat verməyə çalışırıq. Hətta onlar Azərbaycana gəlmək, eşitdiklərini öz gözlər ilə daha yaxından görmək istəyirlər.
- Hazırda ölkəmizin sürətli iqtisadi inkişafı nəticəsində məhz bu sahədə bacarıqlı, gənc kadrlara ehtiyac yaranır. Sizin təhsil aldığınız ixtisas da bu istiqamətdə yönəlib. Gələcəkdə gənc kadr kimi bu sahədə fəaliyyətinizi necə qurmaq istərdiniz?
- Müasir dövrümüzdə ölkəmizdəki sürətli dəyişmə və inkişaf prosesi hamıya məlumdur. Belə ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi sənaye sahəsində də böyük dəyişikliklər olub, çoxlu modern sənaye müəssisələri inşa edilib. Fikrimcə bütün bu inkişaf, modernləşmə yeni-yeni böyük uğurların qazanılması imkanı verə bilər. Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox mallar artıq Azərbaycanda istehsal olunur. Bu da daxili bazarımızın zənginləşməsinə, idxaldan asılılığımızın demək olar ki, aradan qalxmasına imkan yaradır. Təbii ki, yeni yaranan bu sənaye müəssisələrində çalışacaq kadrlara ehtiyac yaranır. Ölkəmizdə fəaliyyət göstərən belə müasir tələblərə cavab verən sənaye müəssisələrində, obyektlərdə, şirkətlərdə çalışmaq təhsilini başa vurmuş hər bir gənc kadrın arzusudur. Mənim təhsil aldığım mühasibat ixtisası deməzdim ki, çətin sahədir. Çünki hər peşənin öz çətinliyi var. Ancaq maraqlıdır. Hər bir azərbaycanlı kimi mən də təhsilimi bitirdikdən sonra öz Vətənimdə çalışmaq istərdim.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info