“Mən Ukraynanın prezidenti və ali baş komandanıyam”
Tarix: 11.03.2014 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


“Mən Ukraynanın prezidenti və ali baş komandanıyam”. Bunu Rostov-na-Donu şəhərində jurnalistlər qarşısında çıxış edən Viktor Yanukoviç bəyan edib. Ukraynanın sabiq prezidenti ölümü haqda yayılan məlumatları təkzib edib:
“Mən sağ-salamatam. Lakin özümü yaxşı hiss etdiyimi deyə bilmərəm, çünki Ukraynada baş verənləri həyəcanla izləyirəm. ABŞ və bəzi ölkələr deyir ki, mən prezident kimi legitim deyiləm və ölkədən qaçmışam. Heç bir yerə qaçmamışam”. Yanukoviç qeyd edib ki, mütləq Kiyevə qayıdacaq. Onun sözlərinə görə, Ukraynada mayın sonuna planlaşdırılan prezident seçkiləri qeyri-qanunidir. Sabiq prezident Ukraynanın yeni hakimiyyətini quldur rejimi adlandırıb və beynəlxalq ictimaiyyəti onları tanımamağa çağırıb. V.Yanukoviç həmçinin ABŞ Konqresinə və Senatına müraciət edəcəyini deyib. O, Obama administrasiyasının Ukrayna ilə bağlı siyasətinə qiymət verilməsini istəyəcək.
V.Yanukoviç həmçinin bildirib ki, Ukraynada faşistlər artıq prezidentliyə iddia edirlər: “Kievdə və digər regionlarda vəziyyət gərgin olaraq qalır. Şəhərlərdə qara maskalılar əllərində silahla gəzirlər. Mən onların arxasında duran qara qüvvələrdən, Qərb ölkələrindən soruşmaq istəyirəm: siz faşizmi unutmuzunuz? Mənə təminatla bağlı söz verən Qərb ölkələrinin nazirlərindən heç olmasa Ukrayna xalqına təminat verilməsini istəyirəm”. Yanukoviç deyib ki, ABŞ qanunvericiliyi çevriliş nəticəsində prezidenti vəzifəsindən uzaqlaşdırılan istənilən ölkəyə maliyyə yardımının ayrılmasını qadağan edir. O qeyd edib ki, ABŞ-ın Ukraynaya 1 mlrd. dollarlıq yardım planı ilə bağlı ABŞ Konqresi, Senatı və Ali Məhkəməsinə müraciət edəcək: “ABŞ-ın quldurlara pul ayırmağa haqqı yoxdur”. Beynəlxalq ictimaiyyəti antikonstitusion çevrilişləri dəstəkləməməyə çağıran V.Yanukoviç qeyd edib ki, Ukraynanın yeni hakimiyyəti ölkədə vətəndaş müharibəsinin başlanmasına çalışır. Onun sözlərinə görə, Ukrayna ordusunun zabitləri və əsgərləri yaranmış durumu anlayırlar və “cinayət xarakterli” əmrləri yerinə yetirməyəcəklər.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info