“Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır”
Tarix: 11.03.2014 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


“Sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”
“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupu həmsədrlərinin Paris görüşündə münaqişənin həlli ətrafında aparılan danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. E. Abdullayev bildirib ki, görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə münasibətdə narahatlıq ifadə olunub.
E. Məmmədyarov Azərbaycan tərəfinin mövqeyini təqdim edərək, Ermənistan tərəfinin konstruktiv yanaşmasının olmamasının münaqişənin həllinə, sülh prosesinin irəliləməsinə və regionda sülh və sabitliyin bərpa olunmasına mane olduğunu bildirib. Nazir Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazırlığını ifadə edib, həmçinin, sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorli “Twitter” sosial şəbəkəsindəki səhifəsində “bu ay Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baş tutacağına ümid etdiyini” yazıb. O əlavə edib ki, yalnız dövlət başçıları sülh problemi ilə bağlı çətin məsələləri müzakirə edə bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info