“Bu gün Azərbaycan dünyada nüfuz sahibinə çevrilmiş ölkədir”
Tarix: 12.03.2014 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


İtaliyanın “Corriere della sera” jurnalında Azərbaycanın paytaxtı Bakının müasir meqapolisə çevrilməsindən bəhs edən məqalə dərc olunub. Yazıda gündən-günə dəyişən, müasir görkəmi ilə göz oxşayan, Xəzər dənizinin sahilində yerləşən Bakının füsunkar gözəlliyindən bəhs olunur.
Bildirilir ki, zəngin enerji ehtiyatlarına malik Azərbaycanın paytaxtı Bakı hələ keçmiş dövrlərdə neft sənayesinin sürətli yüksəlişinin müşahidə edildiyi bir şəhər olub. Azərbaycan keçmiş sovetlər birliyinin süqutundan sonra - 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib. Bu gün Azərbaycan dünyada nüfuz sahibinə çevrilmiş bir ölkədir. Bu ölkənin beynəlxalq müstəvidə qazandığı uğurlar paytaxt Bakıya da müsbət təsirini göstərməkdədir. Məqalədə Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının fəaliyyəti ilə bağlı da məlumat verilir. Qeyd olunur ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş qurumun məqsədi müasir Azərbaycan incəsənətini ölkə və dünya səviyyəsində təmsil etməkdir. Müasir İncəsənət Məkanının Venesiyada təşkil etdiyi “Love me, love me not” adlı sərgi böyük maraqla qarşılanıb. Bakının öz möhtəşəm memarlıq abidələri və yeni tikililəri ilə seçildiyini vurğulayan müəllif bu şəhərin dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb etdiyini yazır. Bildirilir ki, Bakının ən möhtəşəm tikililərindən biri sayılan Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilib. Bu fərqli arxitektura nümunəsi Azərbaycan paytaxtının mənzərəsinə daha da gözəllik qatır.
Yazıda diqqətə çatdırılır ki, Şərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə yerləşən Azərbaycan paytaxtı özünəməxsus memarlığı ilə də fərqlənir. Paytaxtın simasına xüsusi yaraşıq verən, müasir incəsənətin rəmzi sayılan alov dilləri formasında üç göydələndən ibarət “Alov qüllələri” Bakını daha da gözəlləşdirir. Yeni tikilmiş möhtəşəm otellər, gözqamaşdıran göydələnlərlə yanaşı, bu şəhərdə tarixin izlərini də açıq-aşkar görmək olar. Belə ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş bir sıra dəyərli abidələr məhz Bakıda yerləşir.





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info