“Norm” şirkəti Avropa Sement Akademiyasına üzv olub
Tarix: 12.03.2014 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın “Norm” şirkəti Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) üzvü olub.
Şirkətdən bildiriblər ki, sement istehsalına yeni başlamış “Norm”un beynəlxalq qurumlarla uğurlu əməkdaşlığı şirkət tərəfindən məhsulun keyfiyyətinə və etibarlılığına verilən yüksək önəmi nümayiş etdirir. Bu yanaşma tərzi öz bəhrəsini verəcək və “Norm” şirkətinin sürətli artım və inkişafına xidmət edəcək.
ECRA sementin istehsalı və betonda tətbiqi üzrə beynəlxalq miqyasda tanınmış qurumdur. Təşkilat mütərəqqi sement və beton texnologiyaları sahəsində yüksək səriştəyə malik olan elmi mərkəz kimi nüfuz qazanıb. Əsası 2003-cü ildə qoyulmuş Akademiya Almaniyanın Düsseldorf şəhərində yerləşir. Dünyanın 40-dan artıq aparıcı sement istehsalçısı, o cümlədən “CRH”, “Heilderberg”, “CIMPOR”, “VICAT”, “Lafarge” və s. kimi tanınmış şirkətlər ECRA-nın üzvü olaraq qurumla sıx əməkdaşlıq edir.
Akademiya sementin istehsalı və betonda tətbiqi üzrə tədqiqatların dəstəklənməsi, təşkili və həyata keçirilməsində Avropa sement sənayesi üçün bir platforma rolunu oynayır. ECRA-nın vəzifəsi sement sənayesində yenilikləri təşviq etmək və sürətləndirməkdən ibarətdir.
“Norm” şirkətinin bu təşkilata üzv olmaqda məqsədi ən son beynəlxalq nailiyyətləri yerli sement istehsalı sənayesində tətbiq etməkdən və Azərbaycanı mötəbər Avropa qurumlarında layiqincə təmsil etməkdən ibarətdir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info