ADA Universitetində Məktəb Direktorlarının Birinci Forumu
Tarix: 12.03.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində "Orta məktəb direktorluğunda liderlik bacarıqları və dünya təcrübəsi" mövzusunda Məktəb Direktorlarının Birinci Forumu keçirilib.
Universitetdən “Palitra”ya verilən məlumata görə, forumun açılışında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və ADA Universitetinin tədris işləri üzrə prorektoru Dr. Patrik Kvin iştirak ediblər.
Forum daha sonra "ADA Universitetinin Təhsil Modeli: Nəyi və nə üçün bölüşürük?" mövzusunda ADA Universitetinin Dəqiq və Humanitar Elmlər İnstitutunun Dekanı Dr. Vəfa Kazdalın nitqi ilə davam edib. Forum iştirakçıları ADA Universitetinin dərəcə proqramları və təhsil imkanları ilə tanış olublar.
Forum çərçivəsində ABŞ-ın nüfuzlu Miçiqan Dövlət Universitetinin nümayəndəsi Dr. Barbara Markle da təhsil və məktəb direktorluğu sahəsindəki təcrübələri ilə bölüşüb. "Şimali Amerikanın təhsil sistemində yeni yanaşmalar: Direktorluqda menecerlikdən liderliyə doğru" adlı çıxışında Dr. Markle məktəblərin düzgün idarəedilməsi haqqında fikirlərini paylaşıb.
Təhsil üzrə məsləhətçi Dr. Asəf Cahangirov isə "Məktəb direktorları təhsil islahatlarında aparıcı rol oynayan şəxslər qismində" mövzusu haqqında danışıb.
Forum sual-cavab sessiyası ilə bitib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info