Təcridxanada telefon və narkotik maddələr aşkar edilib
Tarix: 12.03.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Bakıdakı 3 saylı İstintaq təcridxanasında mobil telefon və narkotik maddələr aşkar edilib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Seymur Yavər oğlu Məmmədovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın cibindən 1 (bir) ədəd "Ken Xin Da" markalı mobil telefon aparatı, 1 (bir) ədəd "Sim" danışıq kartı və 1 (bir) ədəd adaptor aşkar edilərək götürülüb. Qeyd edək ki, Seymur Məmmədov Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 67.1 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Aydın Əlimərdan oğlu Xalıqova tanışı Mehman Akif oğlu Ağasiyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Head & Shoulders" şampun qabının içərisində sellofan paketə bükülərək gizlədilmiş xalis çəkisi 2,45 qram olan narkotik vasitə - "Marixuana" aşkar edilərək götürülüb.
Qeyd edək ki, Aydın Xalıqov Cinayət Məcəlləsinin 181.2.1; 181.2.3 maddələri ilə təqsirli bilinərək həbs edilib.
Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində həmin təcridxanada saxlanılan şəxs Azər Əflan oğlu Quliyevə tanışı Şahin Mirfazil oğlu Abdullayevin gətirdiyi sovqata baxış keçirilərkən "Rexona" qabının içərisində sellofan paketə bükülərək gizlədilmiş xalis çəkisi 2,12 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.
Qeyd edək ki, Azər Quliyev Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək həbs edilib.
Hər üç fakt üzrə araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info