Turizmdən əldə edilən gəlirlər 56 faiz artıb
Tarix: 12.03.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


“Azərbaycanda turizm sektoru sürətlə inkişaf edib. Son illər turizm sektorunda çalışanların sayı iki dəfə artıb”. Bunu Azərbaycan İnvestisiya Sammitində mədəniyyət və turizm naziri Əbulfəs Qarayev deyib. Nazir bildirib ki, son 10 ildə dünyada turizmdən əldə edilən gəlirlər 10-13 faiz, Azərbaycanda isə 56 faiz artıb: “Azərbaycanda yol və digər infrastrukturun inkişafı turizmin inkişafına yol açıb. Azərbaycanda Turizm İnstitutu da var. Bu institutda tələbələr iki diplom alırlar. Avstriya Turizm İnstitutunun proqramına əsasən hər il orada bizim üçün 30-40 məzun hazırlanır və Avstriyanın Turizm İnstitutunun diplomunu alırlar”. Ə. Qarayev Azərbaycanda bir çox mədəniyyət tədbirlərinin keçirildiyini qeyd edib: “Bəzən bizə deyirlər ki, siz çox gözəl ölkəsiniz, niyə bunu dünyaya tam çatdıra bilmirsiniz? Biz Azərbaycanı dünyaya tanıtmaq üçün müxtəlif texnologiyalardan istifadə edirik, ancaq dünyada 7 milyard insanın hamısına bu məlumatları çatdıra bilmərik. Şəxslər arasında əlaqələr çox vacibdir. Digər tərəfdən, Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Azərbaycana gələn insanlar ilk vaxtlar qorxurdular ki, bu ölkə müharibə vəziyyətindədir. Ancaq gəlib ölkəmizi gördükdən sonra bu qorxular aradan qalxmağa başladı. Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının üzvüdür. Elə bir ölkəyik ki, bütün ölkələrin insanları burada yaxşı münasibətlə qarşılaşırlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info