Bu il strateji qızıl ehtiyatları formalaşdırılacaq
Tarix: 12.03.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Bu ilin sonuna kimi Azərbaycanın strateji qızıl ehtiyatları yaradılacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, Fond aktivlərinin 5%-ə qədərini qızıla investisiya kimi yatıra bilər: «Bundan əvvəl, 2 il ərzində 30 ton qızılın alınması haqqında qərar qəbul edilib. Bu həcmdən 20 ton artıq ölkəyə gətirilib. Bu il ərzində qalan hissə ölkəyə çatdırılacaq». Ş.Mövsümov bildirib ki, bu satınalmalar sonralar alqı-satqıdan mənfəət götürmək üçün deyil, ölkənin strateji qızıl ehtiyatlarının yaradılması üçün qarşıya qoyulmuş tapşırığa uyğun olaraq həyata keçirilir: «Ona görə də alınan qızılın dəyəri xüsusi əhəmiyyət kəsb etmir. Ötən müddət ərzində hər həftə 1 400-1 500 dollar civarında orta hesabla 300 kq qiymətli metal alınır». Fondun icraçı direktoru qeyd edib ki, son satınalmalar ARDNF-ə 1 200 dollara başa gəlib: «Bu da qızılın dünya bazarındakı qiymətinin aşağı düşməsi ilə bağlıdır».

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info