“Peşə təhsili Azərbaycanda çox vacibdir”
Tarix: 12.03.2014 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


“İnanırıq ki, təhsil sahəsindəki islahatların sürəti sistemin dəyişikliyə hazırlığından asılıdır. Bəzən çox sürətlə inkişaf etmək yavaş inkişaf etməkdən təhlükəli olur. Bunu nəzərə almalıyıq”. Bunu Azərbaycan İnvestisiya Sammitində təhsil naziri Mikayıl Cabbarov söyləyib. M. Cabbarov deyib ki, əsas məsələ təhsillə həyatda uğur arasındakı əlaqənin təmin olunmasıdır: “İnsanlar həyatda uğur qazanmaqda təhsil almağın əsas şərt olduğunu görəndə inkişaf geri dönməz olacaq”. Təhsil naziri peşə təhsilindən də danışıb: “Peşə təhsili Azərbaycanda çox vacibdir. Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsili olan kadrlara ehtiyacı var. Almaniya və İsveçrənin peşə təhsili modellərindən istifadə etməyi düşünürük. Ən vacib məsələ məzmundur. Bütün imkanları bir səbətə qoymuruq, bu üsulların özünü necə göstərdiyinə baxmaq istəyirik. Necə olursa olsun, peşə təhsili bizim üçün ən vacib prioritetlərdən biridir”.
M. Cabbarov ali təhsil sahəsində xaricdəki nüfuzlu ali məktəblərlə əməkdaşlığın da vacib olduğunu vurğulayıb: “Məsələn, Azərbaycan Diplomatik Akademiyası nüfuzlu ali məktəblərdən biri ilə əməkdaşlıq edir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info