Nazarbayev Şərq və Qərb arasında vasitəçi ola bilər
Tarix: 12.03.2014 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Qazaxıstan Ukraynada yaranmış vəziyyətin kompromis həllində iştirak edəcək.
Prezident Nursultan Nazarbayev Rusiya və ABŞ prezidentləri, daha sonra Almaniya kansleri Angela Merkel ilə telefon danışıqlarından sonra qərar verib. Ötən həftə martın 5-də Moskvada Belarus, Rusiya və Qazaxıstan - Gömrük İttifaqının rəhbərlərinin növbədənkənar iclası keçirilib. Rəsmi məlumatlara görə, Gömrük İttifaqı rəhbəri bu ilin mayında Avrasiya İqtisadi Birliyinin yaradılmasına dair hazırlıq məsələlərini müzakirə ediblər. İclasda Ukraynanı Gömrük İttifaqının tərəfdaşı kimi xarakterizə edən Putin, “ölkəni hazırda düşdüyü çətin vəziyyət”dən çıxarmaq məsələsinə də toxunub.
Bu yaxınlarda, martın 10-11-i üçün nəzərdə tutulan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Moskvaya rəsmi səfəri təxirə salınıb. İki ölkə prezidentlərinin telefon danışıqları zamanı bu görüşün aprel ayında keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, telefon danışıqlarının əsas hissəsi Ukrayna hadisələrinə həsr edilib. Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Nazarbayev “strateji tərəfdaş kimi Rusiyanın mövqeyinə hörmətlə yanaşdığını, eləcə də Ukraynada milli azlıqların hüquqlarının qorunmasını və onların təhlükəsizlik maraqlarının qorunması” məsələlərinə dəstək verdiyini bildirib.
Qeyd edək ki, Qazaxıstan lideri kansler Angela Merkellə, telefon danışıqları zamanı da, Ukraynadakı böhranın diplomatik həllinin tərəflər arasında dialoq yolu ilə vacibliyini təsdiqləyib. Onun sözlərinə görə, yaranmış vəziyyətdə qarşılıqlı təhdid və ultimatumlardan imtina edilməli, ölkənin ərazi bütövlüyünü təmin etməklə beynəlxalq vasitəçiliyin mümkün mexanizmlərindən istifadə etmək lazımdır. Nazarbayev vəziyyətin kompromis həllinə nail olmaq üçün öz köməyini verməyə hazır olduğunu bildirib.
Bəzi rusiyalı ekspertlər ABŞ və Almaniya liderlərinin Qazaxıstan prezidentinə müraciət etməsini təsadüfi hesab etmirlər. Onların fikrincə, Nazarbayev populyarlıq fəaliyyəti nəticəsində Şərq və Qərb arasında ideal vasitəçi ola bilər. Təsadüf deyil ki, Putin də Ukrayna münaqişəsinin həllində vasitəçilik etməyi məhz Nazarbayevə təklif edib.
Amerika prezidentinin Qazaxıstan prezidentinə telefon etməsinə münasibət bildirənlər isə bu qənaətə gəlirlər: “Görünür, ABŞ-ın diplomatik resursları Ukraynadakı vəziyyəti həll etməyə kifayət etmir. Ona görə də, ABŞ Qazaxıstanın güclü mövqeyindən yararlanaraq, hərbi müdaxilə olmadan böhranın həllinə nail olmaq istəyir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info