Azərbaycan dilinin tətbiqi ilə bağlı monitorinqlər aparılacaq
Tarix: 12.03.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müəssisənin aparıcı elmi işçisi, “Gənclər üçün Prezident Mükafatı” laureatı Rafiq Səfərovun “Azərbaycan ərazisinin GPS məlumatları əsasında müasir kinematikası və gərginlik analizi” adlı məruzəsi dinlənilib. Bildirilib ki, Geologiya və Geofizika İnstitutu ABŞ-ın Massaçusets Texnologiya Universiteti ilə birgə 1998-ci ildən etibarən ölkəmizin ərazisində geodinamik prosesləri öyrənir. Tədqiqatların hazırkı mərhələsində yer qabığındakı deformasiyaların sürəti hesablanmış, sıxılma və gərilmə oxlarının istiqamətləri müəyyən edilib. Məruzədə vurğulanıb ki, sıxılmalar Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunur. Gərilmələr isə Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında özünü büruzə verir. Məruzə müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
Sonra iclasda AMEA-nın yeni yaradılmış İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi və tərkibi təsdiq edilib. Növbəti qərarla Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin tətbiqi vəziyyəti və normaların pozulması hallarına dair monitorinqlər aparacaq. Afişa və elanlarda, həmçinin dövlət və özəl qurumların sənədlərində nöqsanlar müəyyənləşdiriləcək, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək. İşlər şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr əsasında həyata keçiriləcək. Akademiyanın Təhsil Nazirliyi ilə birgə Bakı və Sumqayıt məktəblilərinin kimya olimpiadasını təşkili haqqında da qərar qəbul edilib. Olimpiada 2015-ci ildə məktəblilərin Kimya üzrə Dünya Olimpiadasının Azərbaycanda keçirilməsi ilə əlaqədar planlaşdırılır. Rəyasət Heyətinin növbəti qərarları ilə Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinin icrası AMEA-nın müxbir üzvü Teymur Kərimliyə həvalə edilib. Həmçinin, AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutu, Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev isə Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru vəzifələrini icra edəcəklər. Biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı isə Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifələrinə yenidən təyin olunublar.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info