Bölgələrdə əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir
Tarix: 12.03.2014 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası bölgələrdə də uğurla davam etdirilir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirib ki, aksiya artıq öz müsbət nəticələrini verməkdədir və rayon əhalisi dövlətimizin başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayır: “Xəstəliklərin erkən aşkar edilərək xəstələrin müalicəyə cəlb olunması insanların fiziki sağlamlığında mühüm rol oynayır. Tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılıb, cədvəl tərtib edilib. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak edir, mütəşəkkillik göstərirlər”. Z.Cavadova fevralın 17-dən başlanan aksiya çərçivəsində indiyədək 14 minə yaxın sakinin tibbi müayinədən keçdiyini diqqətə çatdırıb.
Tibbi müayinələrin keçirildiyi Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsinə hər gün yüzlərlə rayon sakin müraciət edir. İnsanlar onlar üçün yaradılmış bu şəraitdən yetərincə yararlanmaq istəyirlər. Xəstəxananın Terapiya şöbəsinin sahə həkimi Etibar Kərimov bildirib ki, müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkar edilib. Onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub.
Vərəm əleyhinə xəstəxananın baş həkimi Laçın İbrahimxəlilov bildirib ki, müayinələr zamanı vərəmə yoluxmaqda şübhəli bilinən xəstələr bu səhiyyə ocağına göndərilir. Burada bəlğəmin, qanın ümumi analiz müayinəsi həyata keçirilir. Xoşbəxtlikdən hələlik heç kəsdə ciddi vərəm xəstəliyi aşkar edilməyib. Poliklinika şöbəsindən bildiriblər ki, ümumiyyətlə, aksiyaya başlandığı gündən indiyədək müayinədən keçən 14 minə yaxın sakinin 2725 nəfərinə müalicə təyin edilib, 155 nəfərdə ilkin xəstəliklər aşkar edilib, 39 nəfər stasionar müalicəyə cəlb olunub.
Müayinədən keçən Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyid Vahabov, şəhər sakinləri İsmayıl İsmayılov, Tərlan Məmmədov, Xatirə Səlimli və başqaları əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Yüksək xidməti ilə seçilən, ən müasir tibbi avadanlıqlarla təchiz olunan Şamaxı Müalicə Diaqnostika Mərkəzi də humanitar aksiyada fəal iştirak edir. Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Bəlixan Qarayev bildirib ki, əhalinin kütləvi tibbi müayinəsi üçün öncədən bütün lazımi işlər görülüb: “Hər gün rayonun idarə və müəssisələrindən, habelə nəzərdə tutulmuş kəndlərdən gələn vətəndaşlar müvafiq qrafik üzrə müayinəyə göndərilir. Müayinələr təcrübəli mütəxəssislər tərəfindən aparılır. Ehtiyac olduqda xəstələrə ambulator və stasionar müalicə təyin edilir”. Qeyd edək ki, hər gün orta hesabla 100-130 nəfər vətəndaş tibbi müayinədən keçirilir. Ümumiyyətlə, fevralın 17-dən indiyədək 1855 nəfər sakinə xidmət göstərilib. Rayon təhsil şöbəsinin, su-kanal idarəsinin, maliyyə idarəsinin, Şamaxı Dövlət Sənaye İqtisad kollecinin, Göylər, Dağ Bağırlı, Həmyə, Çaylı və bir sıra digər kəndlərin sakinləri bu tibb ocağında müayinədən keçiliblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info