Jurnalistlər “Aura” Sağlamlıq Mərkəzində pilates dərsində iştirak etdilər
Tarix: 12.03.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Jurnalistlər “Excelsior Hotel Baku” hoteli “Aura” Sağlamlıq Mərkəzində keçirilən pilates dərslərində iştirak etdilər. Hotelin Marketinq və Satış departamentinin direktoru Damla Bayık bildirdi ki, “Aura” Sağlamlıq Mərkəzində pilates dərsi həftədə iki dəfə peşəkar məşqçilər tərəfindən aparılır.
Aylıq abonement əldə edən qonaqlar pilates dərslərində iştirak edə bilirlər. Pilates - fiziki məşğələlər sistemi olub, bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Pilates dərslərində əsas məqsəd - insanı öz təbii halına qaytarmaq, çeviklik, dözüm vermək, onu uşaqlıq illərində etdiyi kimi - sərbəst, yüngül və plastik hərəkət etməyi öyrətməkdir. Pilates sistemində bədənin bütün hissələri üçün hərəkətlər kiçik xalçaların üzərində və xüsusi işlənib hazırlanmış avadanlıqda yerinə yetirilir. Bu metod sağlamlıq üçün heç bir təhlükə yaratmır və fiziki hazırlıqdan və yaş həddindən asılı olmayaraq hər kəsə yarayır. Bu idman növü qadınlar arasında böyük populyarlıq qazanıb. Pilates təhlükənin aşağı dərəcəsi olan məşğələlər kateqoriyasına aiddir. Bu, o mənada unikal sistemdir ki, bədənə çox yüngül təsir edir və eyni zamanda güclü möhkəmləndirici effekt verir. Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli “Aura” Sağlamlıq Mərkəzində pilates dərsləri həftədə iki dəfə aparılır. “Excelsior Hotel Baku” hotelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslər haqqında geniş məlumat almaq mümkündür. “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” Sağlamlıq Mərkəzi və sair ibarətdir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info