“Docendo Discumus: Təhsilin İnkişafı Dövlət Strategiyası“ layihəsinin açılışı olub
Tarix: 13.03.2014 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Docendo Discumus: Təhsilin İnkişafına Dövlət Strategiyası" layihəsinin açılışı və Bakı Dövlət Universitetinin tələbələri üçün ilk seminarı keçirilib. Fonddan verilən məlumata görə, Tədbirdə layihə rəhbəri Sahil Hüseynzadə, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov, Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyli, bəzi gənclər təşkilatlarının rəhbərləri, layihə çərçivəsində həyata keçirilən seminarlarda iştirak edən 200-dən çox tələbə, media nümayəndələri iştirak edib. Tədbiri açıq elan edən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan dövləti hər zaman gənc və bacarıqlı gənclərə dəstək olur. Çıxış edən layihə rəhbəri Sahil Hüseyinzadə tədbir iştirakçılarına layihə barədə məlumat verib: "Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ölkəmizdə ali təhsil alan gənclərimizə öyrədilməsinə xidmət edir. Layihə çərçivəsində keçirilən seminarlarda dövlət təhsil siyasətindən ən son yeniliklər haqqında tələbələrə geniş məlumatlar verilib. Xüsusən, artıq icrasına başlanılan yeni təhsil strategiyasının məzmunu, əsası, məqsəd və vəzifələri, hədəfləri və icrası tələbələrə öyrədilir. Çünki yeni hazırlanan bu strategiya hələ yenicə təhsil ekspertlərinin diqqətini özünə çəkməyə başlayıb. Ona görə də bu strategiyanı həm təhsil verən və təhsil alanlara öyrətmək, həm də öyrənmək lazımdır" Layihə rəhbəri qeyd edib ki, seminarlar peşəkar təhsil ekspertləri və universitet müəllimləri tərəfindən aparılır.
Daha sonra Azərbaycan Gənclər Fondunun (AGF) sektor müdiri Vaqif Seyidbəyli çıxış edərək AGF-nin fəaliyyəti barədə tələbələrə məlumat verib. Qeyd edib ki, hər bir gənc fərdi qaydada fonda müraciət edərək hazırladığı layihəni həyata keçirə bilər. Tədbirin sonunda seminarda iştirak edənlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Docendo Discumus: Təhsilin İnkişafına Dövlət Strategiyası" layihəsi çərçivəsində seminarların nə zaman və harada keçirilməsi ilə bağlı posterlər təhsil müəssisələrindəki elan lövhələrinə vurulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info