Gerhard Şröder: “Almaniya Azərbaycanın ən mühüm tərəfdaşlarındandır”
Tarix: 13.03.2014 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Almaniya arasında əlaqələr çox yaxşıdır. Hər iki ölkə güclü iqtisadi tərəfdaşdır”. “Palitra”nın məlumatına görə, bu barədə Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder Alman -Azərbaycan Xarici Ticarət Palatasında (AHK Azərbaycan) məruzə ilə çıxışında deyib.
G.Şröder deyib ki, Almaniya Qərbi Avropada Azərbaycanın ən mühüm tərəfdaşlarındandır. Eyni zamanda ölkələrimiz Qafqaz regionunda güclü iqtisadi tərəfdaşdır. İki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən mübadilələr bu əməkdaşlığı daha da inkişaf etdirir.
Sabiq kansler iki ölkənin ticarət dövriyyəsinin hər il 2 milyard avronu keçdiyini vurğulayıb: "Amma bizim potensialımız iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə imkan verir. Hesab edirəm ki, bu palatanın təsis olunması mütərəqqi bir addım olub və bir çox Almaniya şirkətləri Azərbaycanda kifayət qədər fəaldırlar". Avropadakı mövcud iqtisadi vəziyyəti dəyərləndirən G.Şröder bildirib ki, əsas məsələ məzənnə böhranıdır: "Avropada məzənnə böhranı siyasi böhran adlandırılır. Bu gün Avropa İttifaqı qərar verməlidir ki, fiskal islahatlara hazırdırmı? Cari böhran Aİ yarandığı tarixdən bu yana ən böyük problemdir. Maliyyə stabilliyi və iqtisadi artım yan-yana olmalıdır".
Onun sözlərinə görə, son bir neçə il ərzində Almaniyada işsizlik 40 faiz azalıb, ixracat isə 50 faiz artıb. Bu isə böhran fonunda baş verib. Keçmiş kansler hesab edir ki, Almaniya ən çox rəqabətədavamlı Avropa ölkəsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info