Vergi orqanlarına işə qəbul olunmuş gənc kadrlarla görüş keçirilib
Tarix: 13.03.2014 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. Nazirlikdən “Palitra”ya verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yeni işə qəbul olunmuş gəncləri salamlayaraq onlara uğurlar arzulayıb. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan nazir müavini əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncliyi ilə bağlı iki mühüm dövlət proqramının təsdiq edildiyini, bu konseptual sənədlərin müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafı üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb. S.Məmmədxanov bildirib ki, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlayıb ilk mərkəzi icra hakimiyyəti orqanıdır. İndiyədək keçirılmiş 8 belə müsabiqə nəticəsində vergi xidmətinə 977 nəfər gənc kadr işə qəbul olunub. Bu vergi xidməti əməkdaşlarının təxminən 42 faizi deməkdir. Hazırda vergi orqanlarında çalışanların 40 faizindən çoxunu yaşı 35-dən aşağı olan gənclər təşkil edir. Onların arasında qadınların sayı da ildən-ilə artmaqdadır. Vergi xidməti əməkdaşlarının fəaliyyətinin özəlliklərindən söz açan nazir müavini, Vergilər Nazirliyində kadrların sonrakı hazırlığı və təkmilləşdirilməsi məqsədilə insan resurslarının inkişafı üzrə konsepsiyadan danışmış, gənc kadrlara öz tövsiyyələrini verib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə müdiri Afaq Hüseyn, Təhsil Nazirliyinin əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri Arzu Bağırov tədbirdə çıxış edərək gənclərə hər cür şərait yaradılmasının Azərbaycan Respublikasının gənclər siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, Vergilər Nazirliyinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmiş və gənclərə uğurlar arzulayıb. Tədbirdə çıxış edən gənc mütəxəssis Gülnar Mirzəyeva işə qəbul prosesində yaradılmış şəffaf şəraitdən razılığını bildirib, gənclərin işlə təmin olunması sahəsində dövlətimizin diqqət və qayğısına cavab olaraq, vergi xidməti əməkdaşının üzərinə düşən məsuliyyətli vəzifələri şərəflə daşıyacaqlarına söz verib. Tədbirin sonunda işə təyin olunmuş yeni kadrlara xidməti vəsiqələr təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info