Sahibkarların layihələri güzəştli qaydada maliyyələşdirilir
Tarix: 13.03.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini 100-ə yaxın sahibkarın iştirakı ilə Ağstafanın Dağ Kəsəmən kəndində keçirib. Tədbirdə sahibkarlarla Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer və intensiv bağçılıq təsərrüfatlarının, çörək istehsalı, kiçik və ya orta həcmli meyvə qurutma və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov Ağstafanın, eləcə də rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. İqtisadiyyat və Sənaye Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev dövlət başçısının diqqət və qayğısı nəticəsində bütün regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb, ölkənin digər bölgələrində olduğu kimi Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Ağstafada quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin, yeni iş yerlərinin açıldığını bildiriblər.
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 666 investisiya layihəsinin maliyyələşdirilməsinə 25.3 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 1600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilib ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3707 investisiya layihəsinin maliyyələşdirilməsinə bu günkü tədbirdə verilən kreditlər də daxil olmaqla 135,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, istixana təsərrüfatlarının, çörək zavodlarının, süfrə sularının, meyvə-tərəvəz, süd emalı, ət kəsimi və emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 48 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq (üzümçülük), istixana şəraitində tərəvəzçilik, arıçılıq, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Ağstafa və Şəmkir rayonlarında güzəştli kreditlər hesabına maliyyələşdirilmiş heyvandarlıq və müasir istixana təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il fevralın 27-də Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış Qubadlıdan olan məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması və dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlarla müzakirələr aparılıb və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: kağız tullantılarının toplanması və ilkin emalı müəssisəsinin yaradılması; plasitk qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması; üzlük daş (tamet) istehsalı müəssisələrinin yaradılması. Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info