XI sinif şagirdləri müsabiqəsiz xarici universitetlərə qəbul olunacaq
Tarix: 13.03.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq XI sinif şagirdləri diplom alaraq müsabiqəsiz dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. 6 saylı məktəb-liseydə keçirilən Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimatında çıxış edən məktəbin direktoru Gülşən Orucova bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramı tətbiq olunur. Onun sözlərinə görə, Proqram çərçivəsində təhsil 3 mərhələyə - PYP-ibtidai təhsil, MYP-V-IX siniflər, DP-diplom proqramı, X-XI siniflər bölünür: “Hazırda 6 nömrəli məktəb-liseydə 2011-ci ildən ilkin olaraq X-XI siniflər DP-diplom proqramı tətbiq olunmağa başlayıb və bu il proqramın ilk məzunları X-XI sinifləri bitirəcək. Proqramın məzunu olan şəxslər imtahan verəcək və BBP-nin tətbiq olunduğu ilk tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq müsabiqəsiz dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. Bu proqramda 6 fənn seçilib və onların hər birindən şagirdlərin maksimum 7 balla qiymətləndirilə bilər. 3 bal isə şagirdlərin yazdığı kiçik esse yazılara gözə veriləcək. Yekun nəticədə şagirdlər fənlər üzrə maksimum 42, minimum 24 bal topladıqları halda bu proqramı uğurla bitirirlər. 24 baldan aşağı nəticə göstərənlər yalnız sertifikatlar alacaqlar. Şagirdlər 24-45 bal arası nəticə göstərdiyi halda, dünyanın xarici universitetlərinə birbaşa qəbul oluna biləcəklər. Şagird imtahan verdiyi fənlərdən hansısa birində maksimum 7 bal toplaya bilirsə, xarici universitetdə təhsil aldığı zaman həmin fəndən 1 il azad olunur. Tələbə olunan 24 baldan aşağı nəticə göstərən şagirdlər isə kollec və ya peşə məktəblərinə imtahansız qəbul ola biləcəklər”.
Məktəbin direktoru qeyd edib ki, bu vaxta kimi məktəbdə Beynəlxalq Bakalavriat Proqramı dövlət hesabına pulsuz olaraq həyata keçirilib. Onun sözlərinə görə, növbəti tədris ilindən bu proqram ödənişli olacaq. Lakin digər beynəlxalq məktəblərlə müqayisədə 6 nömrəli məktəb-liseydə bu proqramın qiymət 4 dəfədən çox aşağı olacaq.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 1968-ci ildə İsveçrədə yaradılmış BBP-nin diplomu hazırda 130-dan çox ölkə və 2500 universitet (Oksford, Harvard, Kempric, Yell və s.) tərəfindən tanınır. Onun sözlərinə görə, 2011-ci ildən BBP-nin tətbiq olunduğu ilk tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri bu il beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. Təhsil müəssisəsində BBP çərçivəsində bir sıra xarici ölkələrdən gəlmiş müəllimlər də çalışırlar. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info