“The American Conservative“: “Çin və Hindistan Rusiyaya ehtiyatla dəstək verir”
Tarix: 13.03.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


ABŞ-ın "The American Conservative" media orqanı Rusiya-Ukrayna qarşıdurması barəsində maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, Rusiya ilə Ukrayna arasında qarşıdurma ilə bağlı məlumatlar yayılmaqda davam edir, Amerikanın bu konfliktdəki rolu barədə debatlar isə daha da qızışmaqdadır: “Bu şəraitdə iki vacib oyunçu irəli addım ataraq Rusiyaya dəstəklərini ifadə ediblər. Bunlar Çin və Hindistandır. Bu baxımdan Çin diplomatiyasının Rusiyaya münasibətində hər hansı təxminlərə yer yoxdur, amma istisna deyil ki, bu iqtisadi qüdrət dövləti regionda özünün ticarət razılaşmalarını qorumuş olacaq. Çin ticarət dövriyyəsinə görə Ukrayna üçün ikinci tərəfdaş dövlətdir. Ölkələr arasında ticarət dövriyyəsi 7,3 milyard dollar təşkil edir. 2017-ci ildə isə bu göstərici 20 milyard dollara çatacaq. Buna görə də Çin hər şeydən öncə, özünün faydalı əlaqələrini geopolitik konfliktlə üz-üzə, təhlükə altında qoymaq istəmir. Heç bir göstəriş yoxdur ki, Çin Xalq Respublikası Rusiyanı onun fəaliyyətinə görə ictimai mühakiməyə qoyacaq. Bunun əvəzinə, o, öz incə yanaşma variantlarını Rusiya ilə siyasi alyans və Ukrayna ilə gələcək iqtisadi əlaqələrlə uzlaşdıracaq. Çin hazırda Ukraynanı yalnız sözdə dəstəkləyir, amma situasiyanın inkişafı ilə əlaqədar olaraq hər şey dəyişə bilər. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təsdiq edib ki, Pekin qarışmamaq siyasətini dəstəkləyir. Amma o, Çinin mövqeyinin dəyişəcəyini istisna etməyib: “Çin çoxdandır ki, başqa ölkələrin siyasətinə qarışmamaq siyasəti yürüdür. Biz Ukraynanın müstəqilliyinə, suverenitetinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Müəyyən səbəblər var ki, Ukraynada situasiya bu hala gəlib. Çin bu situasiyanın inkişafını diqqətlə izləyəcək və tərəfləri məsələnin siyasi yolla həllinə, regionda stabillik və sülhün saxlanmasına xidmət edən beynəlxalq hüququn normalarına və qaydalarına uyğun tənzimləməyə çağıracaq”. Bu günə qədər Çin nə Rusiya, nə də Ukrayna tərəfə bir addım da atmayıb. Çin üzrə mütəxəssis Joel Wuthnow “National Interest”in səhifələrində fikirlərini bildirərkən deyib ki, Çin əvvəldən formalaşmış iqtisadi münasibətləri saxlayacaq. Bundan başqa Ukrayna ilə Çinin münasibətləri dekabrda “strateji tərəfdaşlıq” haqqında müqavilə imzalanandan sonra daha da dərinləşib. Hazırkı müqavilə beş il müddətində Ukraynanın infrastruktur, aviakosmik sənaye, enerji, kənd təsərrüfatı və maliyyə sahələrinə 30 milyard dollar yatırılmasını nəzərdə tutur. Çin diplomatiyası kifayət qədər bu işgüzar tərəfdaşlıqdan çıxış edir. Amma Çin Rusiyadan aralanmaq fikrində də deyil. Xüsusən də Putin və ÇXR sədri Si Tsinpin Soçi olimpiadasında birgə görünəndən və həmrəylik nümayiş etdirdiklərini bildirəndən sonra tərəflər daha da yaxınlaşmaqdadır. Shannon Tezzi adlı müəllif isə “The Diplomat”da qeyd edir ki, fəlsəfi planda müxtəlif şübhələrin olmasına baxmayaraq, Çin Rusiya ilə münasibətlərin inkişafına diqqət yetirəcək. Amma Rusiyaya açıq dəstək nümayişi indiki halda təhlükəlidir.
Amma o da məlum deyil ki, nəyə görə Hindistan Rusiyanı dəstəkləməyə qərar verib. İlk baxışdan, Hindistan Ukraynadakı situasiyaya Çindən az maraq göstərməlidir. Amma istisna deyil ki, o, Rusiyanı özünün siyasi yönünü təhlükəsizləşdirmək üçün dəstəkləyir. Çin, Hindistan və Rusiya BRHÇ(B-Braziliya) ölkələrinə aiddirlər. BRHÇ termini 2001-ci ildə keçmiş iqtisadçı Jim O`Neill tərəfindən işlədilib. O, proqnozlaşdırıb ki, 2050-ci ilə qədər bu böyük dörd ölkə dünyanın ən böyük iqtisadiyyatına sahib olacaq. İndidən onun proqnozunun bir neçə məqamı barədə mühakimə yürütmək hələ tezdir, amma bütün dörd ölkə inkişaf edən dünyada böyük uğurlara nail olurlar. Onlar inkişaf edən dünyanın tanınmış iqtisadi liderləri sayılırlar. Çin ABŞ-ı dünyanın ən böyük iqtisadiyatı olmaqla ötüb keçə bilər. Amma Hindistan və Braziliya özlərinin əlverişli inkişaf trayektoriyasını saxlamaqla Rusiya ilə müttəfiq münasibətlərindədirlər. Bu ölkələr dördlüyü Avropa Birliyi və “Böyük səkkizlik” üçün ciddi rəqib olacaqlar.
Hindistanın bu kampaniyaya qoşulmasının başqa bir tərəfi isə odur ki, bu, “səkkizliyin” Rusiyanın Krıma aqressiyası barədə müzakirəsinə siyasi müdafiə xarakterli cavabdır. Rusiya da Hindistanı 1974-cü və 1998-ci ildə nüvə silahı məsələsində dəstəkləyib. Çin, Rusiya və Hindistan koalisiya yaradılması barədə razılığa da gələ bilərdilər ki, Qərb imperializmindən qurtarmaq üçün daha yeni formaya nail olsunlar”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info