Əmək müqaviləsi üzrə elektron proqram təminatı hazırlanıb
Tarix: 13.03.2014 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə Azərbaycan Respublikas; Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə (EİS) daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar hazırlanaraq təsdiq olunmaq üçün respublika hökumətinə təqdim edilib.
Qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “elektron hökumət” portalı üzərindən tətbiqinə yaxın vaxtlarda başlanacaqdır. Əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilərək qeydiyyata alınması üçün ƏƏSMN tərəfindən elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri də artıq başa çatdırılıb. Yeni proqram təminatı işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə elektron informasiya sisteminə daxil edə bilmələri və qeydiyyatdan keçirmələrinin asan şəkildə yerinə yetirilməsinə imkan verəcək.
Eyni zamanda, elektron informasiya sisteminə daxil edələcək əmək müqaviləsi bildirişlərində işçilərin fərdi identifikasiya kodu öz əksini tapacaq. Bu isə işçilər barədə məlumatların həm əmək hüquqlarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, həm də işəgötürənlər tərəfindən avtomatik rejimdə əldə edilməsinə imkan verəcək.
Elektron informasiya sisteminin işə salınması ilk növbədə işçi hüquqlarının təminatı istiqamətində mühüm addım olmaqla, əmək münasibətlərinin formal olaraq rəsmiləşdirilməsi, yəni bağlanmış əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və yalnız işəgötürəndə olması kimi hallara son qoyacaq.
Beləliklə, elektron informasiya sistemi işçilərin əmək hüquqlarının, eyni zamanda gələcək sosial təminat hüququnun qorunmasında vacib məlumat mənbəyi rolunu oynayacaq. Nəticədə işçi vətəndaşlardan onların iş yerləri, əmək haqları və s. barədə arayışlar istənilməyəcək, bu barədə müvafiq məlumatları elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olacaq.


İlkin











 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info