Kapital Bazarı üzrə Təlim Mərkəzinin açılış mərasimi keçirilib
Tarix: 13.03.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“HİLTON Baku” mehmanxanasının konfrans mərkəzində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nəzdində Kapital Bazarı üzrə Təlim Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə QKDK-nın sədri Rüfət Aslanlı ölkədə Kapital Bazarları üzrə ixtisaslaşmış Təlim Mərkəzi olduğunu qeyd edərək, qiymətli kağızlar bazarının səmərəlı fəaliyyət göstərməsi, maliyyə vasitəçilərinin, potensial emitentlərin və investorların bazar haqqında biliklərinin artırılması, ümumilikdə kapital bazarlarında yüksək peşəkarlığın və məlumatlılığın formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. R.Aslanlı tədbirin Prezident İlham Əliyev tərəfindən “2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının çərçivəsində həyata keçirildiyini qeyd etdi. Komitə sədri Təlim Mərkəzinin açılışının Azərbaycan Hökuməti, Dünya Bankı və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyi (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin komponentlərindən biri olan kapital bazarı üzrə ictimaiyyət arasında savadlılığın artırılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirdiyini vurğuladı. Daha sonra Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, SECO regional direktor müavini Matthias Feldmann və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev çıxış edərək, Azərbaycanın qiymətli kağızlar bazarında aktivliyin artırılmasında və yerli kapital bazarının xarici təcrübədən yararlanaraq beynəlxalq standartlara uyğunlaşdırılmasında Təlim Mərkəzinin yüksək potensialını qeyd etdilər.
Sonra Kapital Bazarları üzrə Təlim Mərkəzi haqqında video-çarx nümayiş olundu. Tədbirin davamında Təlim Mərkəzinin direktoru Cəmilə Məmmədova çıxış edərək, mərkəzin ümumi fəaliyyəti, tədris strategiyası, təlim proqramlarının xarici təcrübə əsasında hazırlanması və bu proqramların yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılması, dərs zamanı praktik məşğələlərin tətbiqi, habelə beynəlxalq inteqrasiya istiqamətində inkişaf planları barəsində ətraflı təqdimat keçirdi.
Açılış mərasimində “PAŞA BANK”ın və “Çelsi Kapital”ın nümayəndələri çıxış edərək, ölkəmizdə kapital bazarı üzrə ixtisaslaşmış təlim mərkəzinə yüksək tələbatın olduğunu vurğulayaraq, yeni istifadəyə verilmiş Təlim Mərkəzinə uğurlar arzu etdilər. Tədbirdə Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə “İnvest AZ” MMC arasında qiymətli kağızlar bazarında güclü bilik bazasının formallaşdırılması, bazar üzrə kütləvi maarifləndirilmə, qərb və yerli təcrübəni sintez etməklə bu bilikərin təlim iştirakçılarına təqdim edilməsi və beləliklə yerli qiymətli kağızlar bazarının intensiv və sürətli inkişafına dəstək olmaq məqsədi ilə anlaşma memorandumu imzalanıb. Bu anlaşma memorandumu Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə “İnvest AZ” şirkətinin təcrübələlərindən yararlanaraq mərkəzin təlim proqramlarını maksimum dərəcədə müasir, özəl sektorun tələblərinə uyğun şəkildə təşkilinə imkan yaradır. Sonda kütləvi informasiya vasitələrinin nümayəndələri və tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info