Pakistan-Azərbaycan dostluq qrupunun ilk iclası apreldə olacaq
Tarix: 13.03.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Pakistan parlamentində Pakistan-Azərbaycan dostluq qrupunun ilk iclası aprel ayında keçiriləcək. Azərbaycanın Pakistandakı səfirliyinin yaydığı məlumata görə, bu barədə Pakistan İslam Respublikasının Milli Assambleyasının spikeri vəzifəsini icra edən Murtaza Caved Abbasi Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla səfirliyin iqamətgahında keçirilən görüşü zamanı bildirib.
Görüşdə D.Şikarov iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən söz açaraq, Dağlı Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə həmsöhbətinə təşəkkür edib, Azərbaycan xalqının da daim Pakistanla birlikdə olduğunu bildirib. D.Şikarov Dağlıq Qarabağ konfliktinin hazırkı durumu haqqında M.C.Abbasiyə məlumat verib, Pakistan parlamentinin yuxarı palatası tərəfindən qəbul edilmiş Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxmasını tələb edən 01.02.2012-ci il və 05.10.2013-cü il tarixli qətnamələrə görə minnətdarlığını ifadə edib.
Daha sonra iki dost ölkə - Azərbaycan və Pakistan arasında mövcud olan iqtisadi məsələlər müzakirə edilib və bu istiqamətdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğu vurğulanıb. Səfir Azərbaycanın neft, qaz və ağır sənayeləri, tikinti, kənd təsərrüfatı sahələrində imkanlarından Pakistanın bəhrələnə biləcəyini bildirib, eyni zamanda, Pakistanın yüngül sənaye və əczaçılıq malları, cərrahiyə ləvazimatları, kənd təsərrüfatı məhsullarının ölkəmiz üçün maraq kəsb etdiyini vurğulayıb.
Görüşdə Azərbaycanda aparılan iqtisadi islahatlar, enerji layihələri, Bakı şəhərində və ölkənin regionlarında aparılan yenidənqurma işləri, ölkəmizin xarici ölkələrdə investisiya layihələri haqqında məlumat verilib.
Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən M.C.Abbasi səmimi dostluğa arxalanan və strateji xarakter daşıyan iki ölkə və xalq arasındakı münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı birmənalı dəstəklədiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqları azad olunmayana qədər ölkəsinin Ermənistanı tanımayacağını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info