Azərbaycan ilə BMT arasında niyyət protokolu imzalanacaq
Tarix: 13.03.2014 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması" layihəsi üzrə niyyət protokolu imzalanacaq.
Nazirliyin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, sənəd Azərbaycan gənclər və idman naziri Azad Rəhimov və BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Antonius Brok arasında imzalanacaq. Niyyət protokolu çərçivəsində 2014-cü ilin son rübündə Bakıda keçirilməsi nəzərdə tutulan Gənclər Siyasəti üzrə I Qlobal Forumun təşkil edilməsinin dəstəklənməsi və BMT Modeli Konfranslarının (Model UN Conference) Azərbaycanda institutlaşdırılması nəzərdə tutulub. 28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda keçirilməsi nəzərdə tutulan Gənclər Siyasəti üzrə I Qlobal Forumun əsas məqsədi müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqətin artırılması, gənclər siyasəti üzrə dünya ekspertlərini bir araya gətirərək mövcud təcrübənin təhlil edilməsi, dövlət gənclər siyasəti standartlarının müəyyən edilməsi, o cümlədən "Gənclər siyasətinin yaradılması və həyata keçirilməsi üçün tövsiyələr" ("Guiding Principles for formulating and implementing youth policies") adlı sənədin hazırlanması və qəbul edilməsidir. Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, o cümlədən BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO və Avropa Şurasının təşkilati dəstəyi ilə keçiriləcək.BMT Modeli Konfranslarının institutlaşdırılması təşəbbüsü 2013-cü ilin oktyabr ayında Gənclər və İdman Nazirliyi və BMTİP-nin birgə əməkdaşlığı nəticəsində Bakıda keçirilən "Kibertəhlükəsizlik" mövzusunda ilk beynəlxalq BMT Təhlükəsizlik Şurasının Modeli Konfransının uğurundan sonra yaranıb. Bu istiqamətdə Milli BMT Modeli mexanizminin və ya şəbəkəsinin yaradılması və növbəti illərdə milli və beynəlxalq BMT Modeli Konfranslarının həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, niyyət protokolunun imzalanması martın 14-də baş tutacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info