Rusiyanın Sverdlovsk vilayətindən Azərbaycana təklif
Tarix: 13.03.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


“Rusiyanın Sverdlovsk vilayəti Azərbaycanda birgə istehsalatların işə salınmasında maraqlıdır”. Məlumata görə, bu barədə vilayətin qubernatoru, Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri Yevgeni Kuyvaşev bildirib. O, qeyd edib: "Əməkdaşlığımızın potensialı Bakıda keçirdiyimiz görüşlərdə müzakirə olunub". Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibi niyyətlərin ciddiliyindən xəbər verir.
Qubernator bildirib: "Qarşılıqlı münasibətlərin yeni səviyyəsinə keçməyin vaxtı çatıb. Söhbət artıq adi mal tədarükündən deyil, qarşılıqlı sərmayə yatırımlarından gedir. Biz Sverdlovsk vilayətində tanınan bütün sahələri maksimum təqdim etməyə çalışırıq". Y.Kuyvaşev deyib ki, əməkdaşlığın prioritet istiqamətləri arasında vaqonqayırma və neft-qaz sahələri fərqlənir: "Biz vaqonqayırma istehsalının və neft-qaz maşınqayırmasının yaradılmasına dair layihələr təqdim etmişik. Söhbət birgə müəssisələrin yaradılmasından, yəni Azərbaycan ərazisində istehsalata Rusiya sərmayələrinin qoyulmasından gedir".
O, əlavə edib ki, hələlik hansısa layihələrin reallaşdırılmasının müddəti və dəyəri barədə danışmaq tezdir. Sverdlovsk nümayəndə heyətinin səfəri çərçivəsində bu gün Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info