Rusiyada miqrantlar üçün xüsusi mərkəzlər yaradılacaq
Tarix: 13.03.2014 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Duması “Rusiyada yaşayan xaricilərin sosial və mədəni uyğunlaşma haqqında” qanun layihəsini təqdim edib. Qanuna görə, Rusiyanın hər bir regionunda miqrantların yaşaması və oxuması üçün xüsusi mərkəzlər yaradılacaq. Əvvəlki qanunlardan fərqli olaraq bu qanunun üstünlükləri ondan ibarətdir ki, indi miqrantlara rus dilini bilmədiyi halda da, işə qəbul olunmaq üçün kvotlar veriləcək.
Dövlət rəsmilərinin təbirincə, qanun ölkəyə gələnlər üçün maksimum rahatlıq yaratmağı nəzərdə tutur. Mərkəzlərin əsas üstünlükləri arasında təlimat müddətinin təxirə salınması, kvotlar istisna olmaqla, ölkədə müvəqqəti yaşamaq və Rusiya qanunlarına uyğun olaraq səhiyyə və sosial təminatlardan yararlanmaq nəzərdə tutulur.
Mütəxəssislərin hesablamalarına görə, ilin sonuna qədər Rusiyada miqrantlar üçün təxminən 10 uyğunlaşma mərkəzi yaradılacaq və onların maliyyə xərclərini dövlət ödəyəcək. Bir neçə il ərzində yerli hakimiyyət orqanlarının ehtiyaclarından asılı olaraq təşkilatın hər bölgədə şöbələrinin açılması planlaşdırılır.
Təşkilat rəhbərləri bildirirlər ki, uyğunlaşma mərkəzinin fəaliyyəti çox sadədir. Belə ki, təşkilatlar müəyyən öhdəliklər müqabilində miqrantlarla müqavilə imzalayacaq. Müqaviləyə əsasən, miqrantlardan vergi ödəmək, dərslərə davamiyyət, intizama riayət etmək və yerli əhali ilə münaqişələrdən qaçmaq kimi şərtlər əksini tapacaq.
Ötən ilin son aylarında Orenburq və Yekaterinburqda belə mərkəzlər artıq fəaliyyətə başlayıb.
Mərkəzin sakinləri iki kateqoriya üzrə statusa bölünürlər: müvəqqəti gələnlər üçün uyğunlaşma qrupu və Rusiyada həmişəlik qalmaq istəyənlər üçün inteqrasiya qrupu. Sonuncu prosedur layihəsi yəni Rusiya vətəndaşlığını qəbul etmək FMS tərəfindən müəyyən edilir.
Qeyd edək ki, səlahiyyətli orqanlar hazırda ölkədə mərkəzə müraciət etmədən qanunsuz çalışan miqrantların inteqrasiyasına kömək etməkdən imtina edir. Belə ki, onlardan öz fəaliyyətlərini qanuniləşdirmək üçün vasitəçilərə və ya diaspor təşkilatlarına müraciət etmələri tələb olunur. Bu isə onların hər biri üçün təxminən 70 min rubla başa gəlir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info