Yarmarkalarda ət məhsullarına nəzarət üçün xüsusi reyd keçiriləcək
Tarix: 13.03.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


"Yarmarkalarda ət məhsullarına nəzarət üçün xüsusi reyd keçiriləcək". Bunu jurnalistlərə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib. DBX rəisi deyib ki, hər il bayramqabağı olduğu kimi, bu il də kənd təsərrüfatı naziri tərəfindən müvafiq
əmr imzalanıb:

"Dövlət Baytarlıq Xidməti artıq gücləndirilmiş iş rejiminə keçib. Xüsusən Bakı şəhərində təşkil olunan yarmarkalarda müvafiq göstərişlə səyyar sanitariya-ekspertiza laboratoriyaları xidmət göstərəcək". Son iki ildə heyvanların quduzluğa yoluxması hallarının azalmasından danışan S.Rüstəmova bildirib ki, hansı rayonda quduzluq aşkarlanarsa, dərhal həmin rayonlara qurumun ekspedisiyaları ezam olunur: "Davamlı şəkildə vaksinasiya işləri aparılır. Hazırda vəziyyət stabildir". S. Rüstəmova onu da qeyd edib ki, səhiyyə və baytarlıq sektorlarını əlaqələndirən referens laboratoriya inşa olunur. Xidmət rəisi bildirib ki, zoonozlarla mübarizə sahəsinə dair bir sıra yeni sənədlər hazırlanıb: "Hazırda sözü gedən sənədlər təsdiq olunma mərhələsindədir". S. Rüstəmova həmçinin əlavə edib ki, həm epidemioloqlar, həm də laboratoriya işçiləri üçün müxtəlif istiqamətli treninqlər və seminarlar təşkil olunur. Qeyd edək ki, Bakıda "Heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair milli seminar” keçirilir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı və Dünya Bankının maliyyə dəstəyi ilə keçirilən seminarda beynəlxalq tibbi sanitar qaydaları və baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsində ölkənin perspektivləri məsələləri müzakirə olunur. Seminarda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi olduqca önəmli məsələdir: "Məhz bu səbəbdən əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinin hazırlanması üçün zərurət yaranıb. Dövlət Baytarlıq Xidməti səhiyyə ocaqları ilə birlikdə heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunmasını təşkil edir, informasiya mübadiləsi aparır və metodik seminarlar keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı heyvan xəstəliklərinə nəzarət və onun diaqnostikası, riskin analizində beynəlxalq standartların qəbul edilib tətbiqində ən önəmli rol oynayır. Belə standartlar qəbul edilməzsə xəstəliklərinin qarşısını almaq, keyfiyyətli heyvan mənşəli məhsulların istehsal edilməsi qeyri-mümkün olar". Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova isə bildirib ki, baytarlıq xidməti bütün qüvvələrini səfərbər etməklə ölkədə epizootik vəziyyəti nəzarətdə saxlayır: “Buna baxmayaraq, baytarlıq xidmətində islahatlar aparmaqla struktur dəyişikliyinə və inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun yeni strukturun yaradılmasına ciddi ehtiyac var".




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info