“Rusiya-Azərbaycan: tarixi dialoq” layihəsi çərçivəsində ilk kitab işıq üzü görüb
Tarix: 13.03.2014 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi və Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə həyata keçirilən “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində ilk kitab işıq üzü görüb. “Azərbaycanda etnomədəni müxtəliflik” adlanan əsər, ölkəmizdəki etnik fərqliliklərin, multikulturalizmin birgə ahənginə həsr edilib.
Kitabda, Azərbaycanda mövcud olan milli azlıqların yayılma coğrafiyası, mədəni dəyərləri oxucuya təqdim edilir. Azərbaycanda əsrlərlə yaşı olan tolerantlıq, milli-dini dözümlülük, bütün dünyaya nümunə kimi göstərilib. Müəllif, hər bir xalqa dövlət səviyyəsində qayğı göstərilməsinə nümunə kimi, Qubadakı Qırmızı qəsəbədə yaşayan Dağ yəhudiləri icmasını göstərib. Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edənlər antisemitizmin tüğyan etdiyi tarixi dövrlərdə belə, Dağ yəhudilərinin Azərbaycanda əmin-amanlıqda, Azərbaycan xalqı ilə çiyin-çiyinə yaşayıb və inkişaf etdiyini bildiriblər. “Azərbaycanda etnomədəni müxtəliflik” kitabının müəllifi, “STMEGİ” fondunun rəhbəri, fəlsəfə elmləri namizədi German Zaxaryayev Azərbaycanın etnomədəni müxtəliflikləri ilə bağlı araşdırmalarını davam etdirəcəyini söyləyib: “İstərdik ki, bu kitabı oxuyanlar, xüsusilə də Rusiya ictimaiyyəti Azərbaycanı daha yaxından tanısın. Azərbaycanda çoxlu sayda azsaylı millətlər var. Onlar əsrlər boyu dinc şəkildə, əmin-amanlıqda yaşayıblar. Bu etnik azlıqlar həm də öz mədəniyyətlərini, adət- ənənələrini qoruyub saxlaya biliblər. Bunun üçün onlar ilk növbədə Azərbaycan xalqının tolerantlığına və Azərbaycan dövlətinin qayğısına borcludurlar. Bu kitabda da, ölkədəki etnik azlıqların, xüsusilə də dağ yəhudiləri icmasının həyat tərzini təsvir etməyə çalışmışıq. Azərbaycanın milli-etnik dəyərlərini araşdırmaqda davam edəcəyik”. Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərcümə laboratoriyası rusiyalı aktrisa, ssenarist və sənədli filmlər rejissoru Nina Puşkovanın “Postskriptumlu roman” kitabını tərcümə edib.
Bakıda həmin kitabın təqdimatı keçirilib. Təqdimat mərasimini giriş sözü ilə açan kinorejissor Ayaz Salayev Nina Puşkova haqqında məlumat verib və onun müəllifi olduğu kitabın məziyyətlərindən bəhs edib. Nina Puşkova “Postskriptumlu roman” kitabının Azərbaycan dilinə tərcümə edilməsini yüksək qiymətləndirib, kitabda bəhs olunan problemlərlə bağlı fikirlərini bölüşüb. Sonra Nina Puşkovanın ömür yolu ilə bağlı qısa klip nümayiş etdirilib. Mərasimdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev, mərkəzin əməkdaşı, professor Qılıncxan Bayramov, Bakı Slavyan Universitetinin professorları Asif Hacıyev, Flora Hacıyeva, Rusiya Səfirliyinin baş müşaviri Aleksandr Qladkov, kinorejissor Şamil Nəcəfzadə, televiziya rejissoru Vasif Babayev , Azərbaycandakı Rus İcmasının sədr müavini Mariya Kojevnikova, Azərbaycan Dövlət Rus Dram Teatrının ədəbi hissə müdiri Valentina Reznikova kitab haqqında fikirlərini bildirib, müəllifə suallarını ünvanlayıblar.
Günəş




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info