“Valyuta ehtiyatları 50 milyard dolları keçib”
Tarix: 14.03.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Milli Məclisdə MDB-nin Parlamentlərarası Assambleyası Büdcə nəzarəti Komissiyasının iclası keçirilib. Parlamentdən verilən məlumata görə, iclası Qırğızıstan parlamentinin üzvü Maksat Sabirov açıb. O, çıxış edərək komissiyanın 2013-cü ildəki fəaliyyətinin yekunları barədə məlumat
verib.

Çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iclasın Bakıda keçirilməsinin MDB ölkələri arasında əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirib. İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov ölkəmizin son 10 ildə sosial-iqtisadi inkişafına dair məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan dövlətinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatı daha da sabit olub, sürətli inkişaf əldə edilib. Nazir müavini bildirib ki, bu gün Azərbaycan regionda ən iri layihələrin təşəbbüskarı və icraçısıdır: «Son 10 ildə iqtisadiyyatın inkişaf tempinə görə Azərbaycan dünyada ən qabaqcıl ölkələrdəndir. Cənubi Qafqazda istehsal edilən ümumi daxili məhsulun 70%-dən çoxu Azərbaycanın payına düşür». N.Səfərov bildirib ki, son illər iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolu xeyli artıb, yeni sənaye müəssisələri yaradılıb: “Azərbaycanın strateji valyuta ehtiyatları dəfələrlə artaraq artıq 50 mlrd. dolları keçib”. Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunub. Qırğızıstan parlamentinin üzvü M.Sabirov Komissiyanın növbəti müddətə sədri seçilib. Toplantıda həmçinin MDB PA-nın 2014-cü il üçün iş planı, «MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında» qərar layihəsi müzakirə olunub, maliyyə və təşkilati məsələlərə baxılıb. Bundan başqa, MDB Dövlət başçıları Şurası və MDB Hökumət başçıları Şurası tərəfindən qəbul edilmiş dövlətlərarası sənədlərin qüvvəyə minməsi üçün görülən işlər, MDB gənclər təşkilatının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info