“Azərbaycan strateji əhəmiyyətə malik ölkədir”
Tarix: 14.03.2014 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat, humanitar və mədəniyyət layihələrinin həyata keçirilməsi, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və Xəzər dənizinin hüquqi statusu məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidentinin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosda görüşünün iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb.
Elmar Məmmədyarov Türkiyənin Van şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini qeyd edib. Nazir bu çərçivədə görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb. İbrahim Rəhimpur Azərbaycan Respublikasının strateji əhəmiyyətə malik olduğunu qeyd edib, səfər çərçivəsində Naxçıvanda da olacağını və ikitərəfli görüşlər keçirəcəyini söyləyib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmalarının sülh prosesinə töhfə olacağını, beləliklə də regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə təkan verəcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır
23.03.2019
“Şimali Koreya sanksiyalarını geri çəkirəm“
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info