Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans
Tarix: 14.03.2014 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Doqquzuncu Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfransda Səhiyyə Nazirliyinin baş nefroloqu Mehman Ağayev bildirib ki, son illər Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artır. Onun sözlərinə görə, bunun əsas səbəbi belə xəstələrə dövlət tərəfindən diqqətin artırılması, müasir avadanlıqlar vasitəsilə xəstəliyin vaxtında aşkarlanmasıdır.
M.Ağayev qeyd edib ki, bu xəstəliyin aradan qaldırılması, mövcud sahədə problemin həllinə hər bir ictimai qrup və insanlar qoşulmalıdır. Yalnız birgə əməkdaşlıq, diqqət və məhəbbət sayəsində xəstələrə yardım etmək olar. Tədbirin davamında çıxış edən M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2013-cü il registri” mövzusunda məruzə ilə çıxış edib. Ölkədə xəstəliyin müalicəsi ilə bağlı müəyyən məsələlərdən danışan F.Babayevin sözlərinə görə, bu xəstəliyin həllinə 2006-cı ildən etibarən başlanılıb və bu vaxta kimi müəyyən nəticələr əldə olunub. Daha sonra tanınmış alimlər “Böyrək transplantasiyası və virus hepatitləri”, “Böyrəklərin xronik xəstəliyi zamanı ürəyin işemik xəstəliyi”, “Ailəvi aralıqdənizi qızdırması”, “Uşaqlarda nevrotik sindromun müasir müalicəsi” və digər mövzulara dair məruzələrlə çıxışlar ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info