YAP-da Sir Riçard Mançam ilə görüş keçirilib
Tarix: 14.03.2014 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovla Seyşel Adaları Respublikasının sabiq Prezidenti Sir Riçard Mançam arasında görüş keçirilib.
“Palitra”nın məlumatına görə, qonağı salamlayan Ə.Əhmədov qeyd edib ki, R.Mançamın Azərbaycana münasibəti ölkə üçün çox qiymətlidir: "Bu, sizin Azərbaycana ikinci səfərinizdir və bu səfər sizə Azərbaycanı daha yaxından tanımaq imkanı verəcək". Ə.Əhmədov eyni zamanda ötən il Azərbaycanda prezident seçkilərində iştirak etdiyinə və dəstək göstərdiyinə görə qonağa təşəkkürünü bildirib: "Biz sizi Azərbaycanın, Azərbaycan xalqının dostu hesab edirik".
Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycana səfər etməkdən şad olduğunu qeyd edib. O bildirib ki, Sovet imperiyası zamanı Azərbaycan barədə məlumat əldə etmək mümkünsüz idi: "Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə gələndə təəccübləndim və bu ölkə ilə tanışlıqdan məmnum oldum".
Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov da iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info