“Ukrayna Krımın səlahiyyətlərini artırmağa hazırdır”
Tarix: 14.03.2014 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Ukraynanın Baş naziri Arseniy Yatsenyuk Krım Muxtar Respublikasının səlahiyyətlərinin genişləndirilməsi məsələsini qaldıracağını vəd edib. Bu barədə hökumət rəhbəri BMT TŞ-nin iclasında bəyan edib. A.Yatsenyuk deyib: "Krım Ukraynanın ayrılmaz tərkib hissəsi olub, tərkib hissəsidir və belə də olacaq. Biz heç vaxt süni planlaşdırılmış referendumu tanımayacağıq. Biz Ukrayna parlamentində Krım MR-in səlahiyyətlərinin genişləndirilməsi üçün Konstitusiya vasitələri və imkanları yolu ilə ümummilli dialoq keçirəcəyik".
O, habelə vəd edib ki, dinindən, dilindən və s. asılı olmayaraq ölkənin hər bir vətəndaşı müdafiə olunacaq: "Biz əlimizi Rusiyaya uzadırıq, əvəzində isə tüfəng lüləsi alırıq. Biz bundan sonra da hesab edirik ki, Rusiya danışıqlar aparmağa, təkcə bizim ikitərəfli münasibətlərimizdə deyil, bütün Avropada bu faciəli münaqişəni dinc vasitələrlə nizamlamağa hazırdır".
Baş nazir "sülh və sabitlik üçün" mümkün olan hər şeyi edəcəyinə də söz verib. Bundan əlavə, Yatsenyuk əlavə edib ki, Ukrayna "BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan qonşu ölkənin hərbi təcavüzü ilə üzləşib".
Baş nazir Rusiyanı qoşunları Krımdan çıxarmağa və onun fikrincə, "regionun hüdudlarından kənara çıxan" "bu münaqişəni aradan qaldırmaq üçün real söhbətlər və danışıqlara başlamağa" çağırıb: "Rusiyalı tərəfdaşlarımızın hərəkətləri - əminəm ki, əgər biz Rusiya ilə real danışıqlara başlasaq, onda onlar əsl tərəfdaş ola biləcəklər - qlobal təhlükəsizliyi və nüvə silahsızlaşdırması proqramını pozur. Axı bu hərəkətlərdən sonra dünyada kimisə nüvə silahlarına malik olmamağa inandırmaq çox çətin olacaq".
O bir daha qeyd edib ki, Ukrayna hakimiyyəti danışıqlara tam açıqdır: "Biz real danışıqlar istəyirik. Heç bir hərbi təcavüz istəmirik".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info