Baş nazir hökumətin gördüyü işlərə dair hesabat verib
Tarix: 14.03.2014 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyətinə dair illik hesabatı dinlənilir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Milli Məclisdə hesabat verərək bildirib ki, hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilib. İclası açıq elan edən və Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatı barədə məlumat verən spiker Oqtay Əsədov bildirib ki, parlament üzvləri hesabatla ətraflı tanış olublar. MM sədri qeyd edib ki, iqtisadiyyatımız keçən ildə də xarici təsirlərə qarşı rəqabət qabiliyyətini qoruyub saxlaya bilib: "Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlə davam edir. Ölkə iqtisadiyyatında il ərzində əldə edilən ən uğurlu nəticə ÜDM istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə isə bu göstərici 2,1 faizdir. Eyni zamanda Azərbaycanda 2012-ci ildə inflyasiya birrəqəmli səviyyədə saxlanılıb. Digər ən önəmli fakt isə istehlakımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz artaraq 56,6 faiz olub".
Spiker onu da qeyd edib ki, bu il ərzində Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatıb: "Ölkədə həyata keçirilən pul kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 21 faiz artaraq 14, 1 milyard həcmə çatıb. İl ərzində manatın məzənnəsi öz sabitliyini qoruyub saxlaya bilib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatları ÜDM-yə nisbətinə görə Azərbaycan dünyanın 20 ölkələri arasındadır. Ölkə üzrə 22 milyard manat, yəni 28 milyard dollar sərmayə qoyulub. Bunun da 62 faizdən çoxu daxili mənbələr hesabına başa gəlib. Bununla yanaşı, işçilərin orta əmək haqqı 423 manata çatdırılıb. Yoxsulluq səviyyəsi ilin yekununa qədər 5,3 faiz təşkil edib".
MM sədri qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info